“Bu, Heminqueyin ən mükəmməl əsəridir. Zaman göstərəcək ki, bizim heç birimiz bu cür güclü əsər yaza bilməmişik. “Biz” deyəndə müasirimiz olan yazıçıları nəzərdə tuturam. Bu dəfə o, Tanrını, Ulu Yaradanı dərk edib. İndiyədək onun kitablarındakı kişi və qadın personajlar, bir növ, özləri özlərini yaradırdılar, öz gilləri ilə özlərinə forma verirdilər; onların qələbələri də, məğlubiyyətləri də bir-birilərinin əlindəydi, məqsəd isə nə qədər güclü, sarsılmaz olduqlarını özlərinə, eləcə də bir-birilərinə sübut etmək idi.
Lakin bu dəfə o, mərhəmət hissindən yazıb; bu hiss qocanı iri bir balıq tutmağa və sonra onu itirməyə, balığı əvvəlcə tutulmağa, sonra əldən çıxmağa, köpəkbalıqlarını isə qocanın əlindən balığı qapmağa vadar edib. Heminquey onların hamısını sevib və onların hamısına acıyıb. Hər şey yerli-yerindədir. Şükür Allaha ki, O bütün bunları yaradıb, onu da, məni də sevir və ikimizə də rəhm edir, həmçinin Heminqueyi daha dərinlərə baş vurmaqdan saxlayır”.
Vilyam Folkner
ISBN:
9789952580037
Жанр:
Klassika
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Ernest Heminquey
Количество страниц:
120
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары