Hekayələrində satiradan, ironiyadan peşəkarlıqla istifadə edən Cəlil Məmmədquluzadə xalqının problemlərini, dövrün çatışmazlıqlarını və xurafatı məhz bu yolla düzəltməyə çalışırdı. Onun hekayələri təkcə ədəbi mətn deyil, həmçinin o zamanın ruhunu, insanların düşüncə və həyat tərzini əks etdirən rəngarəng, böyük bir tablodur.
Əsərlərində gülüşlə kədəri, kinayə ilə həqiqəti birləşdirən yazıçı, əsasən, sadə insanların ağrı-acılarını, laqeyd yanaşılan məişət qayğılarını məharətlə dilə gətirir, orijinal milli personajlarını ədəbi yaddaşımıza hopdurur.
Heç vaxt aktuallığını itirməyən Cəlil Məmmədquluzadə yaradıcılığı ilə fərqli, yeni formatda tanış olmaq üçün “Saqqallı uşaq” hekayə toplusu çox yaxşı bir imkandır. Kitabdakı hər bir hekayə mövzusu və bədii dəyəri ilə görkəmli yazıçımızı yenidən sizlərə sevdirəcək.
ISBN:
9789952580907
Жанр:
Klassika
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Cəlil Məmmədquluzadə
Количество страниц:
96
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары