Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина
−20%

Sən öz həyatınla nə edirsən

Издательство: Qanun Nəşriyyatı
Автор: Ciddu Krişnamurti
Артикул: 9789952380743
Купили менее 20 раз
Единица измерения: шт
7.99 AZN
9.99 AZN
Экономия 2 AZN
Специальная онлайн-цена

İnsan sevgi, ailə, din, siyasət, əyləncə, təhsil, karyera, pul, azadlıq və s. ilə ünsiyyətdə həyatın məqsədini öyrənməyə çalışır. Əsl bilgi isə şərtlərin diktəsinə boyun əymək deyil, əxz etdiklərimizlə daxili harmoniya yaratmaqdır. sen oz heyatinla ne edirsen

В наличии3

İnsan sevgi, ailə, din, siyasət, əyləncə, təhsil, karyera, pul, azadlıq və s. ilə ünsiyyətdə həyatın məqsədini öyrənməyə çalışır. Əsl bilgi isə şərtlərin diktəsinə boyun əymək deyil, əxz etdiklərimizlə daxili harmoniya yaratmaqdır. Bununla içimizdəki şiddəti yox edib, ətrafımızı və dünyanı dəyişdirmək mərtəbəsinə yüksələ bilirik. Kitab insanın öz daxili “mən”i ilə qovuşması haqqındadır. Həyata dair rəngarəng mövzular dinləyicilərin Krişnamurtiyə ünvanladığı suallara verilən cavablar əsasında işıqlandırılır.

1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi.

1919-cu ildə universitetə daxil olaraq fransız  sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi.

Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi. Keçirdiyi görüşlərdə, insanlarla arasında qurduğu bağlılıqlarda insanları hansısa bir dinə çəkməmişdir. Milliyyətçilik, dindarlıq hisslərindən qurtulmağa, yalnız insan olaraq qalmağa səsləyirdi insanları. Məsih adı verilsə də bunu heç bir zaman qəbul etməmişdir. Bütün dünyada geniş dinləyici kütləsinə sahib olmasına baxmayaraq ətrafındakı insanlar tərəfindən yaradılmış olan təşkilatı dağıtmışdır, çünki heç bir zaman kiminsə ağası olmaq istəməmiş, hər bir fərdin həqiqətə yalnız özünü dərk etmək ilə çatacağını və bu iş də heç bir kənar şəxsin müdaxiləsi olmaması lazım gəldiyini bildirmişdir.

Ömrünün sonuna kimi insanlar arasında olmuş, onlarla ünsiyyət qurmuşdur. Və ölümünə az qalmış bütün bu keçirdiyi görüşlərdəki fikirlərini kitab halına salmışdır. “Həqiqət keçilməz bir səddir”, “Hərəniz bir cürə inanırsız, amma inancınız heç də həqiqəti göstərmir. Həqiqətsizsiz; etdiyiniz, düşündüyünüz, sizin olduğunuz şey həqiqətdir.” kimi fikirlərini hər zaman söyləmişdir. 1986-cı il fevralın 17-də Kaliforniya ştatının Ojai şəhərində xərçəng xəstəliyindən dünyasını dəyişmişdir.

ISBN:
9789952380743
Жанр:
Psixologiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Ciddu Krişnamurti
Количество страниц:
240
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 9
Gülya
01.11.2024 в 10:29

Kitab psixologiya ilə bağlı dərin anlayışlar verir. Hər səhifəsi yeni bir düşüncə qapısını açır. Çox faydalı oldu! Bəyənərək oxudum.

EL
Elza
22.10.2024 в 14:06

Oxuduğum ən faydalı özünü inkişaf kitablarından biri oldu. Məsləhətləri gündəlik həyatımda tətbiq etməyə başladım və ciddi nəticələr gördüm.

RS
Ramilə Seyidova
12.08.2024 в 16:36
Psixoloji mövzularda çox şey oxumuşam, amma bu kitab xüsusilə dərindir və faydalıdır.
QA
Qalib
31.07.2024 в 11:05
Kitab çox maraqlı və məlumatlandırıcıdır. Hər səhifəsi yeni bir dərs idi. Özünü inkişaf etdirmək istəyən hər kəs üçün mükəmməl bir qaynaqdır.
İL
İlqar
22.07.2024 в 22:34
Bu kitab mənə məqsədlərimi daha dəqiq müəyyənləşdirməyə və onlara çatmaq üçün planlar qurmağa kömək etdi.
5 / 5
5 звёзд 9 4 звезды 0 3 звезды 0 2 звезды 0 1 звезда 0 Без оценки 0
Похожие товары
4 AZN 5 AZN
İçindəki gücə yolçuluq
шт
7.99 AZN 9.99 AZN
Sadəcə, dinlə
шт
7.12 AZN 8.90 AZN
Qərarları kim verir?
шт
7.99 AZN 9.99 AZN
İkigai (azərbaycanca)
шт
8.72 AZN 10.90 AZN
Ruhu qidalandıran toyuq şorbası: 101 ibrətamiz əhvalat
шт
10.39 AZN 12.99 AZN
Təhtəlşüurun gücü
шт
7.99 AZN 9.99 AZN
YAŞA! Enerji və sağlamlığın 7 tələbi
шт
Покупают вместе
4.79 AZN 5.99 AZN
Dünyanın ən böyük sirri
шт
7.99 AZN 9.99 AZN
Özünü sev, həyatını yaxşılaşdır
шт
10.39 AZN 12.99 AZN
Mən necə özüm oldum
шт
4.79 AZN 5.99 AZN
Hər şey beyində başlayır
шт
20.79 AZN 25.99 AZN
Kapital XXI əsrdə
шт
7.99 AZN 9.99 AZN
Sadəcə, dinlə
шт
7.99 AZN 9.99 AZN
SAT Satış adamının kitabı
шт
7.99 AZN 9.99 AZN
Fəallıqdan Qorxma
шт