«Sirlər xəzinəsi» («Məxzənül-əsrar») böyük Azərbaycan şairi Nizami Gəncəvinin Ya-xın Şərqdə «beş xəzinə» adı ilə şöhrət qa-zanmış «Xəmsə»sinin ilk məsnəvisidir. Şair bu əsəri təxminən 1178-79-cu illərdə yazaraq Ərzincan hakimi Davud oğlu Məlik Fəxrəddin Bəhram şaha (1162–1225) ithaf etmişdir. «Sirlər xəzinəsi» yazılı ədəbiyyata Ni-zami tərəfindən gətirilmiş səri bəhrində yazılmışdır. Əsərin kompozisiyası da orijinaldır. Əsərin canını iyirmi məqalat təşkil edir. Ni-zami hər məqalatda bir məsələ qoyub irəli sürdüyü fikri atalar sözləri kimi dərin mənalı beytlərlə canlandırarır. Şair, əsasən, öz müasirlərinə xitab edir: hökmdarlara, dövlət adamlarına və oxucularına nəsihətlər verərək onları pis əməl-lər-dən çəkinməyə çağırır. Şairin bu dərin mənalı, dövrü üçün son də-rəcə mütərəqqi fikirlərinin məcmuəsi “Sirlər xəzinəsi” bugünkü Azərbaycan oxu-cusu üçün tükənməyən qaynaqdır.
ISBN:
									9789952268089
								Жанр:
									Klassika
								Издательство:
									Qanun Nəşriyyatı
								Переплёт:
									Твердый
								Автор:
									Nizami Gəncəvi
								Количество страниц:
									328
								язык:
									Азербайджанский
								Метка:
									Ekspress
								Отзывы о товаре 1
Çox keyfiyyətsiz çap olunub !!!   Proffessor  Rüstəm Əliyevin tərcüməsidir - yazılıb. Kitabdakı teksti inernetddəki tekstlərlə müqayisə etdim - Yerlə - göy qədər fərq vqr !  Dəhşət !  Məna itib, fikir itib ! Bizə düşmən lazım deyil - öz-özümüzə düşmənik !
Похожие товары
Покупают вместе
 
		 
