Devid C. Liebermanın "Sizin üçün bir şeylər edə biləcək insanları tapın" adlı bu kitabı sayəsində siz özünüzü bir də heç vaxt gücsüz hiss etməyəcəksiniz.
Siz onu “New York Times”ın ən çox satılan “Bir də heç vaxt aldanma” kitabının müəllifi kimi tanıyırsınız. Bu kitabda isə insan münasibətlərinin daha dərin qatlarına enib.
İstənilən insanla istənilən vəziyyətdə ünsiyyət qurmaq. Nəzarəti ələ alaraq qarşı tərəfə təsir etmək. İstənilən mövzuda sizi bağışlayacaq insanı tapmaq. İş görüşmələrindən qalib ayrılmaq. İdman oyunlarında qələbə qazanmaq. Etibarlı sirdaşa çevrilə bilmək. Bircə sehrli cümlə ilə insanların geri zəng etməsinə nail olmaq. Sözlə psixoloji təzyiqin qarşısını almaq. İstənilən şəxsin qısqanc davranışını otuz saniyədə sona çatdırmaq. Və daha nələr, nələr. Hamısının öyrənilə və öyrədilə bilən qaydaları var. Yetər ki, qarşınızdakı ciddi mütəxəssis olsun. İnsan psixikasını ən yaxşı tədqiq edən ustadlardan biri Devid C. Lieberman kimi.