Salam Qədirzadə əsərləri gənclər arasında ən çox oxunan müəlliflərdən biridir. “Şlyapalı Mauqli” adlı bu kitabı yazıçının “Ər-arvad təhlükəsizliyi ongünlüyü”, “Bığ”, “Evlənəndə tələsməyin”, “Gözbağlıca”, “Telefon” kimi hekayələri daxil edilib. Onları oxuduqdan sonra romantik ruhlu bu yazıçını həm də gözəl yumor ustası kimi kəşf edəcəksiniz. Qarışmış telefon xətti vasitəsilə maraqlı xəbərlər toplayıb ərinə danışan və bu işə aludə olduğu üçün telefon ustasına rüşvət verib geri qaytaran Şəfiqə də, nadanlığı ucbatından qonşusu tərəfindən ələ salınaraq “Şlyapalı Mauqli” adlandırılan Canəli müəllim də, arvadının qorxusundan bığını qırxan ustadan şikayət edən Əzim də öz baməzə xarakterləri və düşdükləri gözlənilməz əhvalatlarla marağınıza səbəb olacaq.
ISBN:
									2000293084631
								Жанр:
									Hekayə
								Издательство:
									Hədəf nəşriyyatı
								Автор:
									Salam Qədirzadə
								Количество страниц:
									80
								язык:
									Азербайджанский
								Метка:
									Ekspress
								Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе
 
		 
