Bəşəriyyət böhran İçindədir və çox az sayda insan həyatımızda və ümumilikdə dünyada mövcud olan problemləri dərk edir. Bu necə baş verir və necə olur ki, insanların insanlıq ilə əlaqələri kəsilib? Niyə depres-siya, narahatlıq, qorxu və intihar kimi psixoloji problem-lerin sayında artım müşahidə olunur və niyə ənənəvi Qərb terapiyası bu tendensiyanın qarşısında acız qalıb? Bu sualların cavabını ilk olaraq özümüzdə axtar-malıyıq məqsədlərimizi bir daha nəzərdən keçirməli və bu prinsipin bütün insanlar tərəfindən tətbiq edilməsinə cəhd etməliyik. Müasir Qərb psixologiyasının və çox sayda insanın problemlərinin həll edilməsinə kömək etməyən terapiyaların inkişaf etməsinə baxmayaraq insan ruhu ve spiritualizm sahəsi hələ də geniş müstəvidə tədqiq edilməmiş qalır. Bunun əsas səbəbi isə insan şüurunun ətrafdan gələn reaksiyalara cavab verən "mexanizm" kimi nəzərə alınması ənənəvi hal alıb.
İnsan ağlını və ağıl-ruh əlaqəsini ciddi şəkidə araşdıran Malik Bədri oxucuları təfəkkür və meditasiya vasitəsi ilə bu həyatda insanın öz mövqeyini və mənəviyyatın əsi mahiyyətini dərk etmə özlərini, məqsədlərini və mənəviyyatı kəşf etməyə dəvət edir. Bu, İslam dininde İbadətin əsas məğzini təşkil etsə də ibadət və ya mənəvi dünyanın zənginləşdirilməsi nöqteyi-nəzərindən spiritualizm anlayışını dərk etmək istəyən oxucular üçün də maraqlı olacaq.
ISBN:
2009873043754
Жанр:
Din
Издательство:
İdrak Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Malik Bədri
Количество страниц:
200
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары