Əsər - Zakir və Mehribanın bir-birinə üz-üzə deyə bilmədiklərini telefon vasitəsilə deməyə çalışdıqları səmimi bir münasibətdən danışır. Mehribanın həyatı çətinliklərlə doludur - dünyaya gəldiyi gün anası vəfat edib, atasının onu tərk etməsi ilə böyüyüb, nənəsinin ölümündən sonra isə 18 yaşında kimsəsiz bir gənc qız olaraq tək başına yaşamağa məcbur qalıb. Neftayırma zavodunda telefonçu işləyir və aldığı maaşla həyatını davam etdirməyə çalışır. Zakir isə həmin zavodda 4-cü sexin rəisidir. İlk baxışdan bir-birlərinə qarşı içlərində fərqli bir hisslərin olduğunu anlayır və aralarında münasibət yaranır. Kitab bizə bu iki insanın yaxınlaşması, duyğuları və münasibətləri ətrafında, təkcə sevgi deyil, həm də həyatın və insanların sərt üzünü göstərir.
ISBN:
9789952557756
Жанр:
Roman
Издательство:
Xan Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Həsən Seyidbəyli
Количество страниц:
168
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары