Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина
−20%

Üç Yoldaş

Артикул: 2000027727964
Единица измерения: шт
7.99 AZN
9.99 AZN
Экономия 2 AZN
Специальная онлайн-цена
Нет в наличии

Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı ‘Üç yoldaş’ əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının, demək olar ki, yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir.

Əgər ədibin bundan əvvəl yazdığı ‘Qərb cəbhəsində yenilik yoxdur’ romanında səngərlərdə vuruşan, həyatlarını, fiziki sağlamlıqlarını itirən yeniyetmələrin faciələri əks olunmuşdusa,
‘Üç yoldaş’da davadan sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Adətən itirilmiş nəsil adlandırılan bu nəslin problemlərinə, psixologiyasına Remark çox yaxşı bələd idi. Çünki qəhrəmanları kimi o özü də I Dünya müharibəsinin dəhşətlərindən keçmiş, müharibədən sonra həmin problemləri yaşamış, üstəlik, faşizm isterikası dövründə ciddi təqiblərlə üzləşmişdi.

Bəlkə də sadə təhkiyə tərzinə rəğmən, personajlarının ən dərin psixoloji qatlarına varmaq, onlarla cəmiyyət arasındakı münasibətlər sistemində yaranmış uçurumu real, təsirli boyalarla təsvir etmək istedadıyla yanaşı, məhz bu amil də yazıçıya yaxından kömək etmişdi.

ISBN:
2000027727964
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Erix Maria Remark
Количество страниц:
488
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 9
AZ
Abbas Zahidi

Oxumağa başladıqdan sonra kitabı bir an belə yerə qoya bilmədim. Süjeti çox maraqlıdır.

Səid İsrafilov

Əli və Ninonun kitabları hər zaman yüksək keyfiyyətli olur. Həmişə buradan alıram. Budəfəki sifarişim də vaxtında və problemsiz çatdırıldı. Dərhal kitabı oxumağı başladım və inanılmazdır, elə ilk səhifələrindən məni özünə cəlb etdi.

ŞX
Şəmsəddinov Xalıq
Müharibədən sonrakı Almaniyanın qaranlıq və çətin günlərini təsvir edən bu kitab, müharibənin bitməsindən sonra əsgərlərin və cəmiyyətin yaşadığı travmalardan bəhs edir. Bir növ tarixdən də xəbər verir. Yəni oxuş olan hər oxucu dünya müharibəsi haqqında da məlumatlı olacaq. Məncə dəyər oxumağa!
Fərid
Remarkın sənəti mənə həmişə təsir edir. Onun əsərləri mənim üçün mədəni dünyanın qapılarını açır və fikirlərimi genişləndirir.
Gülşən
Çox təsirli və maraqlı əsərdir. Məsləhətlidir.
5 / 5
5 звёзд 7 4 звезды 0 3 звезды 0 2 звезды 0 1 звезда 0 Без оценки 2
Похожие товары
7.99 AZN 9.99 AZN
Pələng dərisi geymiş cəngavər
шт
6.39 AZN 7.99 AZN
Dəmir daban
шт
12.32 AZN 15.40 AZN
Hərb və sülh (bütün hissələr)
шт
11.92 AZN 14.90 AZN
Gülən adam
шт
4.72 AZN 5.90 AZN
Əbədi ər
шт
Покупают вместе
7.99 AZN 9.99 AZN
Çaldıran döyüşü
шт
7.99 AZN 9.99 AZN
Bakı - 1501
шт
7.99 AZN 9.99 AZN
Türk qambiti
шт