Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−20%

Üç Yoldaş

SKU: 2000027727964
Sold less than 20 times
Unit of measurement: pcs.
7.99 AZN
9.99 AZN
Savings 2 AZN
Special online price

Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı ‘Üç yoldaş’ əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. uc yoldas

Out of stock0

Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı ‘Üç yoldaş’ əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının, demək olar ki, yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir.

Əgər ədibin bundan əvvəl yazdığı ‘Qərb cəbhəsində yenilik yoxdur’ romanında səngərlərdə vuruşan, həyatlarını, fiziki sağlamlıqlarını itirən yeniyetmələrin faciələri əks olunmuşdusa,
‘Üç yoldaş’da davadan sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Adətən itirilmiş nəsil adlandırılan bu nəslin problemlərinə, psixologiyasına Remark çox yaxşı bələd idi. Çünki qəhrəmanları kimi o özü də I Dünya müharibəsinin dəhşətlərindən keçmiş, müharibədən sonra həmin problemləri yaşamış, üstəlik, faşizm isterikası dövründə ciddi təqiblərlə üzləşmişdi.

Bəlkə də sadə təhkiyə tərzinə rəğmən, personajlarının ən dərin psixoloji qatlarına varmaq, onlarla cəmiyyət arasındakı münasibətlər sistemində yaranmış uçurumu real, təsirli boyalarla təsvir etmək istedadıyla yanaşı, məhz bu amil də yazıçıya yaxından kömək etmişdi.

ISBN:
2000027727964
Genre:
Klassika
Publishing house:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Erix Maria Remark
Pages::
488
language:
Azerbaijani
Series:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Product reviews 7
ŞX
Şəmsəddinov Xalıq
19.07.2024 в 14:37
Müharibədən sonrakı Almaniyanın qaranlıq və çətin günlərini təsvir edən bu kitab, müharibənin bitməsindən sonra əsgərlərin və cəmiyyətin yaşadığı travmalardan bəhs edir. Bir növ tarixdən də xəbər verir. Yəni oxuş olan hər oxucu dünya müharibəsi haqqında da məlumatlı olacaq. Məncə dəyər oxumağa!
Fərid
17.03.2024 в 17:09
Remarkın sənəti mənə həmişə təsir edir. Onun əsərləri mənim üçün mədəni dünyanın qapılarını açır və fikirlərimi genişləndirir.
Gülşən
03.02.2024 в 18:24
Çox təsirli və maraqlı əsərdir. Məsləhətlidir.
OR
Orxan
18.12.2023 в 20:03
Kitab Birinci Dünya Müharibəsindən sonra Almaniyada yaşanan iztirablardan və dostluğun gücündən bəhs edən təsirli bir romandır. Müəllif müharibədən sonrakı dövrün çətinliklərini, ümidsizliyi və dostluğun insan ruhunu necə yaşada biləcəyini vurğulayır. Kitab müharibənin dağıdıcı təsirlərindən, insan dözümlülüyündən və sevginin müalicəvi gücündən bəhs etməklə oxuculara dərindən təsir edir.
TU
Tural
22.05.2021 в 20:56
Salam 14 yaşım var yazıçının başqa əsərlərini oxumamışam.Əsərdən nəsə nəticə çıxara biləcəm?
Oxumıma dəyərmi?
5 / 5
5 stars 5 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 2
Similar products
7.99 AZN 9.99 AZN
Pələng dərisi geymiş cəngavər
pcs.
6.39 AZN 7.99 AZN
Dəmir daban
pcs.
12.32 AZN 15.40 AZN
Hərb və sülh (bütün hissələr)
pcs.
11.92 AZN 14.90 AZN
Gülən adam
pcs.
4.72 AZN 5.90 AZN
Əbədi ər
pcs.
Frequently bought together
7.99 AZN 9.99 AZN
Çaldıran döyüşü
pcs.
7.99 AZN 9.99 AZN
Bakı - 1501
pcs.
7.99 AZN 9.99 AZN
Türk qambiti
pcs.