Həkimlər belə hesab edir ki, ürək xəstəlikləri müxtəlif xəstəliklər arasında ən yüksək yer tutur və çox böyük surətlə cavanlaşır. Stenokardiya, aritmiya, miokardın infarktı… Bütün bunlar – ürəyin işemik xəstəliyinin formalarıdır. Onun inkişafının qarşısını almaq və ya ləngitmək məqsədilə öz həyat tərzinizə düzəlişlər etmək və risk faktorlarını aradan qaldırmaq lazımdır. Bu kitabda sizə bu işdə kömək edəcək bütün zəruri tövsiyələr cəmləşdirilmişdir. Burada bu bəlaya səbəb olan faktorlarla tanış olacaq, ürəkdə olan ağrıların səbəblərini öyrənəcək, ürək tutması dövründə həkim gələnə kimi xəstəyə necə yardım göstərməyi biləcək, infarktdan sonra tezliklə bərpa olunmağın yollarını özünüz üçün ayırd edəcək və ürəyi yaxşı vəziyyətdə saxlamaq üçün hansı pəhrizdən istifadə etməyi müəyyən edəcəksiniz.
ISBN:
2000030737967
Жанр:
Tibb, sağlamlıq
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
İ.S.Malışeva
Количество страниц:
224
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 1
Müəllifin tibbi mövzulara yanaşması çox professionaldır. Kitab mənim ürək haqqında sağlamlıq biliklərimi genişləndirdi. Artıq həm özümün, həm də yaxınlarımın qayğısına qala bilirəm. Məncə hər evə lazım bir kitabdır.
Похожие товары