Kitab qeyri-səlis məntiqin banisi, dahi Azərbaycan-amerikan alimi Lütfi Zadənin arzusunu həyata keçirmək məqsədini güdür. Görkəmli alim bu nəzəriyyənin ən ümumi şəkildə məktəblərdə tədrisini arzu edirdi. Müəlliflər xəyali məktəbdə, xəyali sinif şagirdlərinin qeyri-səlis məntiq fənnini necə mənimsəmələrindən bəhs edir. Bu
proses çətin və dolambaclı yollardan keçir. Nəhayətdə, oxucu şagirdlərin bu fənni sevdiklərinin şahidi olur. Qeyri-səlis məntiqin demokratiya prosesi ilə bağlı, süni intellekt sahəsində və bir çox başqa istiqamətlərdə özünü göstərən prinsipləri, müasir həyatımızda tutduğu yer, müxtəlif elm sahələrinə tətbiq mümkünlüyü və perspektivləri təkcə orta məktəb şagirdləri üçün deyil, həm də ayrı-ayrı elm sahələrində çalışan mütəxəssislər üçün maraqlı olacaq. Bu mənada kitabı oxuyanlar üçün yaş məhdudiyyəti yoxdur.
Жанр:
Elmi-puplisistik
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Bərk
Автор:
Kamal Abdulla, Rafiq Əliyev, Ziya Səlcuq
Количество страниц:
224
язык:
Азербайджанский
Метка:
СКОРО!
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары