“Uzaq adamlar” bədii intonasiya etibarilə şeir-romandır.
Bu hansısa tanış əhvalı, qoxunu, səsi xatırladan
nostalji, atmosfer romanından nə vaxtsa ətraflı bəhs
etmək imkanım olsa, yaddaşın əsas reseptoru olan qoxuların\
ətirlərin üzərində xüsusi dayanacağıma inanıram.
Romanın mərkəzində bütün yönləri ilə insandır – bu gününü
idarəedən keçmişi, kağız gəmi kimi suya qərq olan
arzuları, təəssüf və təzadları, gerçəkləşən və doğrulmayan
gözləntiləri, təbəddülatları ilə həm hamıdan fərqli,
həm adidən adi – özünütəsdiq və sınaq ideyasının daşıyıcısı
olan yad adam. İnsanın mahiyyəti və emosional
təbiətinin dərinliyinə xüsusi vurğusu ilə seçilən “Uzaq
adamlar” varlığın unikallığının fərqində olan, özünə
yaxınlaşdıqca hamıya yadlaşan, uzaqlaşan insanın yaxından
müşahidələri, ekzistensial ağrı və təlaşlarıdır...
Mətanət Vahid
(Ədəbiyyatşünas, esseist,
filologiya üzrə fəlsəfə doktoru)
ISBN:
9789952384475
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Hədiyyə Şəfaqət
Количество страниц:
256
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 18
Möhtəşəm bir əsər! Həm emosional, həm də dərin mənalı idi. Kitabı əlimdən buraxa bilmədim.
Sadəcə superdir..
Çox xoşuma gəldi 😍.
Əsər mənim üçün böyük bir kəşf oldu. Yazarın yazı tərzi çox axıcı və təsirlidir.
Əladır. 😍😍😍😍
Sözün əsl mənasında mükəmməldir. 👍❤️
Muasir nəsrlər arasinda oxuduğum ən maraqlı kitab olduğunu deyərdim. Oxumasiz peşiman olmazsınız.
Men Sumqayitda yasayiram. Sizin saytdan sifaris edib Sumqayitdaki filialinizdan ozun gotur olaraq sifarisimi elde edirem. Endirimleriniz cox serfelidir.
Göstərdiyiniz xidmətdən razı qaldım. Təşəkkürlər.
Çox bəyənərək, həvəslə oxudum.
Maraqlı əsərdir
Bu gün götürdüm kitabı, özün götür xidmətinizdən istifadə etdim və çox razı qaldım.
Əsər çox xoşuma gəldi 😍🥹
Həyatın emosional dərinliyini və mürəkkəbliklərini uğurla əks etdirən əsərdir. Müəllif poetik dildən istifadə etməklə personajların daxili aləmini zənginləşdirir, oxucunu düşünməyə sövq edir. Roman insan münasibətlərinin, sevginin, itkilərin və ümidin təsirli portretini çəkir. Hədiyyə Şəfəqətin özünəməxsus üslubu kitabı təkcə hekayə deyil, həm də dərin intellektual təcrübəyə çevirir.
Bu vaxta qədər oxuduğum ən fərqli roman olduğunu deyə bilərəm. Digər kitablardan fərqini hiss etmək üçün gərək özünüz oxuyasınız bu romanı
Tam fərqli, qeyri-adi bir janrı olan, mükəmməl bir əsərdir.Bu əsəri oxuyub da bəyənməmək mümkün deyil.
Bilmirəm niyə,amma bu kitab haqqında oxuduqca məndə çox qəribə təəssüratlar yarandı.Mutləq oxuyacam.
Son zamanlarda oxuduğum, psixoloji baxımdan ən təsirli və ən güclü romandır.İnsanin daxili dünyası,içindəki mənlər necə də fərqli imiş.Ən əsası isə 90-cı illərdə yaşadığımız ən ağır günlər və onların yasayisimiza,həyatımıza mənəvi dünyamıza təsiri çox aydın və sadə şəkildə qələmə alınıb.Bir sözlə mükəmməl kitabdır
Похожие товары
Покупают вместе