"İngilis yazıçısı Alan Aleksandr Milnin ilk dəfə 1925-ci ildə Milad bayramı vaxtı Londonda “Evening News” qəzetinin sifarişilə yazmağa başladığı silsilə hekayələr 1926-cı ildə kitab şəklində nəşr olunub. Müəllifin “Vinni Puh” əsəri dünya klassik uşaq ədəbiyyatın ən məşhur nümunələrindəndir. Hekayədə bir uşaq, bir ayı və dostlarının başına gələn macəralar qələmə alınmışdır. Heç bilirsiniz, yaxşı insanlar zooparklarda ən birinci hara gedirlər? Çünki yaxşı insanlar dostlarını heç zaman unutmurlar. Kristofer Robin də zooparkdakı dostu Vinnini heç zaman unutmur, oyuncağına onun adını verir, onunla birlikdə nağıllar aləminə düşür. Heç siz də nağıllar aləminə düşmüsünüz? Vinni Puhun həyatı macəralarla doludur, bal yemək üçün şarları doldurub ağaca çıxmaq istəyəndə arıların hücumuna məruz qalır, İanın quyruğunu, Şimal qütbünü tapır. Oyuncaq ayı balası şeir, mahnı qoşur, oxuyur, fili tələyə salmaq üçün plan qurur, ad günündə ona hədiyyə verir, Fındıqburunu suda boğulmaqdan xilas edir... Vinni Puh heç zaman dostlarını darda qoymur..."
ISBN:
9789952573749
Жанр:
Uşaq ədəbiyyatı
Издательство:
3 Alma Nəşriyyatı
Переплёт:
Твердый
Автор:
Alan Aleksandr Miln
Количество страниц:
188
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары