Alan Aleksandr Milnin yazdığı “Vinni-Pux” kitabındakı Pux obrazı gerçək həyatda London zooparkında yaşamış bir ayının prototipidir. Dörd yaşlı Kristofer Robin isə ingilis yazıçısı Milnin oğludur. Yazıçı oğlunu Londondakı zooparka aparır. Bu zaman oğlunun uzun müddət oradakı ayının qəfəsi qarşısında durub ona tamaşa etdiyini görür. Oğlan ayı balasına o qədər bağlanır ki, öz oyuncaq ayısına zooparkdakı ayının adını verir. Yazıçı isə oğlunun ayıya sevgisindən ilhamlanaraq dünya ədəbiyyatının ən məşhur uşaq kitablarından birini yazır. Vinni-Pux əsərində təkcə ayı Vinni deyil, Kristofer Robinin oyuncaq kolleksiyasında olan digər heyvanlar - həmişə kədərli eşşək İa-İa və sədaqətli Donuzcuq, Kenqa, balaca Ro obrazları da var. İki personaj - bayquşla dovşan isə yazıçının öz təxəyyülünün məhsuludur.
İxtisarla