Alan Aleksandr Milnin yazdığı “Vinni-Pux” kitabındakı Pux obrazı gerçək həyatda London zooparkında yaşamış bir ayının prototipidir. Dörd yaşlı Kristofer Robin isə ingilis yazıçısı Milnin oğludur. Yazıçı oğlunu Londondakı zooparka aparır. Bu zaman oğlunun uzun müddət oradakı ayının qəfəsi qarşısında durub ona tamaşa etdiyini görür. Oğlan ayı balasına o qədər bağlanır ki, öz oyuncaq ayısına zooparkdakı ayının adını verir. Yazıçı isə oğlunun ayıya sevgisindən ilhamlanaraq dünya ədəbiyyatının ən məşhur uşaq kitablarından birini yazır. Vinni-Pux əsərində təkcə ayı Vinni deyil, Kristofer Robinin oyuncaq kolleksiyasında olan digər heyvanlar - həmişə kədərli eşşək İa-İa və sədaqətli Donuzcuq, Kenqa, balaca Ro obrazları da var. İki personaj - bayquşla dovşan isə yazıçının öz təxəyyülünün məhsuludur.
İxtisarla
Məhsulun kodu:9785993005508
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Logos
Cild:
Yumşaq
Səhifə sayı:
90
Dil:
Azərbaycan
şərhlər1
Ingilis və Azərbaycan dilində yazılması daha yaxşı oldu. Oğlum özü oxuyur və ingilis dilini əylənərək öyrənmiş olur. Uşaqlara xarici dilləri öyrətmək üçün belə kitablar əla variantdır məncə.
şərhlər1