“Qanun” nəşriyyatı dünya dinləri üzrə seriya çap etməyi planlaşdırır. Professor Niyazi Mehdinin “Yəhudi dini” adlanan əsəri bu seriyanın birinci kitabıdır. Dinlər üzrə bir çox məqalələrin yazarı olan müəllif əsərini azərbaycanlı oxucuların Yəhudiliklə bağlı nələri bilmədiyini gözə alaraq yazıb. Kitaba qoşma kimi yəhudilər haqqında ilginc düşüncələr toplusu əlavə edilib. Bu toplu alimin uzun illər müxtəlif dillərdə oxuduğu kitab və məqalələrdən seçmələrdir. Kitab geniş oxucu kütləsi tələbələr, ruhanilər üçün faydalıdır.
Код товара:9789952388756
Жанр:
Din
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Niyazi Mehdi
Количество страниц:
168
язык:
Азербайджанский
Метка:
Ekspress
комментарии13
Mağazanızda Dini kitablara geniş yer ayırdığınıza görə sizə minnətdaram! İlahiyatçı kimi bu məni çox sevindirir.
Kitab maraqlıdır! Oxuyun məncə.
Yəhudi əsilli bir dostum var. O, bu kitabı saytınızda görəndə çox sevindiki, siz onların dini haqqda kitab tərtib etmisiniz üstəlik Azərbaycan dilində. Mənədə bu kitabı həmin dostum bağışlayıb. Maraqla oxuyuram.
Kitab əladır! Məndə başlamışam oxumağa. Diqqətimi yayındıra bilmirəm.
Əla kitabdı,yəni insanı yormur,amma bizim dildə olmayan və ya köhnəlmiş sözlərə tez tez rast gəldim"soru,azman,qutsal,sınır".
Mən İslam universitetində təhsil alıram, bizə dünya dinləri haqqında da məlumat verilir. Yəhudi dini haqqında kitabı da bizə müəllimimiz tövsiyə etdi. Həqiqətən çox təqdirəlayiq kitabdır. Çox maraqlı məlumatlar var, üstəlik bütün bunlar elə qələmə alınıb ki, qətiyyən yorucu deyil.
Kitabı mənə dinlər ilə maraqlandığını bilən dostum hədiyyə edib. Kitabı ilk əlimə alandan onu çox bəyəndim. Çünki, üz qabığı və vərəqlərinin keyfiyyətini bəyəndim. Oxumağa başlayanda isə həm dostuma, həm də sizə təşəkkür etməyi özümə borc bildim. Oxumağı düşünən hər kəsə tövsiyə.
Digər millətlərin dinini biləndə onlarla düzgün əlaqə qurmaq daha asan olur. Mən belə düşünürəm. Bu səbəbdən də müxtəlif dinlər haqqında yazılmış kitablar oxuyuram. Bu dəfə yəhudi dinini haqqda oxumağa qərar verdim və bu kitabı sifariş elədim. Əminəm alinino tez göndərəcək.
Kitabımı götürdüm. Yaxşi vəziyətdə gəlib. Çox sağ olun.
Mən bir ruhani kimi çox şad oldum bu kitabı satışda görməyimə. Müxtəlif millətlərin dinini tanıdan kitabların nəşr edilməyi talerand ölkədə yaşadığımızı bir daha əks etdirir. Özümdə oxuyuram bu kitabı.
Kitabım gəldi, çox sağ olun alinino! Sifarişi bu gün vermişdim, çox gözləməyimə ehtiyac qalmadı elə indicə kuryerinizi yola saldım. Kitabımı gətirmişdi. Bəyəndim sizin mağazanı. Yenədə sifarişlər verəcəm.
Mağazadan iki dini kitab almışam hər ikisidə Qanun nəşriyatının çap etdiyi kitabdır. Həqiqətəndə işlərinin peşəkarıdırlar. İstər kitabın üz qabığı olsun, istərsədə vərəqləri, yazıların çapı filan yüksək səviyyədə tərtib edirlər kitabları.
"Qanun" nəşriyyatı dünya dinləri üzrə seriya çap etməyi planlaşdırır deyə bir yazı oxudum. Bunu etseniz çox şad olardım. Seriyadan olan ilk kitabı sifariş etdim. Gerisinidə sebirsizliklə gözləyəcəyəm.
комментарии13