Stiven Uilyam Hokinq dünya şöhrətli nəzəriyyəçi-fizik və kosmoloq olmaqla yanaşı, elmin populyarlaşması üzrə görkəmli alimlərdən biri kimi tanınır. Hokinqin elmi çalışmalarının başlıca mövzusu dünyanın yaranışı, bu yaranışa səbəb olması güman edilən Böyük Partlayış və həmçinin, qara dəliklər adlanan fiziki hadisələrlə bağlıdır. Bununla yanaşı, Hokinqin elmi fəaliyyəti ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikasını bir araya gətirməklə, Kainat üçün vahid bir elmi nəzəriyyə yaratmaq istiqamətinə yönəlib. İlk dəfə 1988-ci ildə çap olunan, “Zamanın qısa tarixi” kitabı nəşr olunduğu gündən indiyədək 10 milyondan artıq tirajla çap edilib və bu gün də öz aktuallığını qoruyub saxlayaraq, elmi-kütləvi əsərlər sırasında seçilən bir bestsellerə çevrilib.
Kitabın maraqlı cəhətlərindən biri – burada Eynşteynin məşhur E=mc2 tənliyindən başqa heç bir formuldan istifadə olunmayıb. Stiven Hokinqin özünün də qeyd etdiyi kimi o, bu kitabında mürəkkəb riyazi-fiziki hesablamalardan istifadə etməməklə, geniş oxucu çevrəsinin anlaya biləcəyi bir dildə, müasir elmin dünyanı dərk etmək yolunda keçdiyi mürəkkəb yolu və gəldiyi son nəticələri incələməyə çalışıb.
Oxuyacağınız bu kitabın dünyagörüşünüzün zənginləşməsində və yaşadığımız Kainatın sirlərinə bələd olmağınızda yetərincə böyük təsiri olacağına inanırıq.
ISBN:
2001276924630
Жанр:
Elm
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Stiven Hokinq
Количество страниц:
248
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 10
Kitab həqiqətən hər şeyi qısa formada əla izah edir. Düzdür bəzi yerlər oldu ki, bir neçə dəfə oxumalı oldum, amma bu kitabdan çox şey öyrəndim. Tərcüməyə və s. gələndə isə, hər şey yaxşı idi. Çox az, oxucunu narahat etməyəcək qədər yazım xətaları var. Tərcümədə isə kitabın sonlarına yaxın "Günəş bundan beş milyon il əvvəl yarandı" kimi ifadə var. Orijinalında (ingiliscə variantında) isə "beş min milyon" qeyd olunub.
Kitab həqiqətən hər şeyi qısa formada əla izah edir. Düzdür bəzi yerlər oldu ki, bir neçə dəfə oxumalı oldum, amma bu kitabdan çox şey öyrəndim. Tərcüməyə və s. gələndə isə, hər şey yaxşı idi. Çox az, oxucunu narahat etməyəcək qədər yazım xətaları var. Tərcümədə isə kitabın sonlarına yaxın "Günəş bundan beş milyon il əvvəl yarandı" kimi ifadə var. Orijinalında (ingiliscə variantında) isə "beş min milyon" qeyd olunub.
Stiven Kinqin əsərləri böyük oxucu kütləsinin marağına səbəb olub. 👍👍👍👍
Mən bütün əsərlərini həvəslə oxuyuram
Mən bütün əsərlərini həvəslə oxuyuram
Sürətli hazırlama və yüksək xidmətə görə minnətdaram.
Kitab dünyagörüşünüzü artırmağa və kainatı kəşf etmək üçün ən yaxşı vəsaitlərdəndir
Xüsusi ilə fiziklərin oxuması gərəkən kitablardan.
Endirimli qiymət üçün təşəkkürlər.
Kitabı online əldə etmişəm.Keyfiyyətdən tam razıyam
Bütün metrolara pulsuz çatdırırsız?
Xeyr, 3 azn çatdırılma haqqı əlavə edilir.
alinino.az, 25.09.2020 в 09:33
Bu 4 dəfə dalbadal bestseller olmuş kitabdı elədi?
Bəli.
alinino.az, 27.06.2020 в 09:47
Похожие товары
Покупают вместе