Böyük ingilis riyaziyyatçısı və filosofu Bertran Rasselin 1929-cu ildə yazdığı “Evlilik və əxlaq” əsəri öz dövrünü qabaqlayan, bu günümüz üçün də aktuallığını itirməyən ideyalarla zəngindir. İnsanların azadlığı və xoşbəxtliyi üçün maneəyə çevrilən köhnəlmiş əxlaqi prinsiplərin dəyişilməli olduğunu uca səslə dilə gətirən, vəziyyətdən çıxış yolunu göstərməyə çalışan mütəfəkkirlər sırasında Bertran Rassel öncül yer tutması ilə seçilir. Təsadüfi deyildir ki, Rasselin 1950-ci ildə, Ədəbiyyat üzrə Nobel mükafatı almasında böyük rol oynamış “Evlilik və əxlaq” kitabı ilk nəşrindən keçən onilliklər ərzində ən çox oxunan kitablar sırasında qalmaqda davam etmiş və Qərb dünyasında yenilikçi əxlaqi-mənəvi dünyagörüşün formalaşmasında böyük rol oynamışdır. Geniş oxucu kütləsinə ünvanlanmış əsərini anlaşıqlı və oxunaqlı esse janrında yazan Rassel ailənin yarandığı dövrdən başlayaraq keçdiyi tarixi inkişaf yolunu araşdırmış, onun gələcək inkişafında hansı istiqamətlərə yönələcəyi ilə bağlı maraqlı və düşündürücü hipotezlər irəli sürmüşdür.
ISBN:
2001210054638
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Bertran Rassel
Количество страниц:
328
язык:
Азербайджанский
Метка:
Bestseller, Ekspress
Отзывы о товаре 6
Kitabın təklif etdiyi üsullar həyatımı dəyişdi. Düşüncə tərzim və davranışlarımda böyük fərqlər hiss edirəm. Hər kəsin oxuması lazım olan bir kitabdır.
Bu kitab evlilik psixologiyası haqqında çox geniş məlumat verir. Hər kəsə məsləhət görürəm.
Mükəmməldir, mənə çox təsir etdi. İnsanın duyğularını, davranışlarını və münasibətlərini anlamaq üçün əla vəsaitdir.
Evliliyə addim atmağa hazırlaşam bütün cütluklərə tövsiyyə edirəm oxusunlar. Mənədə nişanlım alib bu kitabı hal hazırda oxuyuram. Möhkəm alilə qurmaq mövzusunda marifləndirici kitab olduğunu düşünürəm.
KİTAB DÜZGÜN EVLİLİK YAŞAMI HAQQINDADI???????
Hər bir gencin mutleq oxumagini tovsiyye edirem. cox deyerli fikirler ve heyata istiqamet verecek sozler var.
Похожие товары
Покупают вместе