"Sən ölümsüzlüyə doğru gedən yolda əbədi bir eşqi qanadlarında daşıyacaqsan. Və sarsılmaz olan sıldırımlı dağ beli, üfüqdə batmağa gedən günəşin son şüaları altında bu çəmənliyə öz nəhəng kölgəsini salaraq onunla birlikdə görünməz olacaq". "Mən sənin zehnindəki kəlmələrdən sadəcə biriyəm. Tək kəlmə ilə ifadə olunan canlı və ya hansısa bir kağızın üzərinə tökülən cansız mürəkkəbdən ibarətəm". Seyranın çox sevdiyi və hər dəfəsində də təkrar-təkrar zövq alaraq oxuduğu bir əfsanə var. Bu, çox qısa və təsirli bir əsərdir. Bu əfsanənin adı: "Tor və torağay"dır. Həmçinin belə də demək olar: "Tora düşmüş torağay". Əsərdə hadisələrin bir çox sarsılmaz olan sıldırımlı dağ belinin ətrafında baş vermişdir. Adı dillər əzbəri olmuş dağ belinin ətrafı gözoxşayan çəmənliklə əhatə olunmuşdur. Və bir də adı daima nəğmələrdə çəkilən, görünüşü ilə də qəlbləri fəth edən torağay quşu var. Bu çəmənlik onların əbədi oylağı olmuşdur. Əsərin digər qəhrəmanları isə bir-birinə duyduqları əsl eşqin atəşilə yaşayan Amur və Azradır. Onlar həqiqətin əsl yolçularıydılar. Bu əfsanə həm də bir çobanın illər öncə söylədiyi şeirdir. Bu, eyni zamanda haqqın da səsidir. Onun kəlmələri pıçıltılar, döyüntülərdir. Onu içdən duymağa cəhd et. Həyat məhz bu döyüntülərdən ibarətdir
Жанр:
Roman
Издательство:
Xan nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Ali Ahlas
Количество страниц:
256
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары