Stefan Sveyq - Amok

Stefan Sveyqi oxuyanlar bilirki, Sveyqin kitabları bağımlılıq yaradır və istəmsizcə digər bütün kitablarını oxumağa başlayırsan. Lakin bu kitabın yeri məndə ayrıdır. Bu, bir həkim olaraq, öz mürəkkəb hissləri ilə köməyə ehtiyacı olan birinə əl uzatmaqla, vicdanı arasında qalan bir insanın hekayəsidir. Həkimin hekayəsi kifayət qədər ağrılı olsa da, bir qadınla görüşdükdən sonra daha da dəhşətli hal alır. Onun görməməzliyə vurduğu getmək istəyinin pik həddə çatması və buna cəhd etməsi mənim üçün çox üzücü idi. Qadına ondan daha çox kömək etmək istəməsi, onun emosional idarəçiliyinin çox pis olduğunu, amma sözünə sona qədər sadiq qalması çox güclü xarakterə malik olduğunu göstərir. Nə qədər pis şərait və hisslər içində olsan da, verdiyin sözdən dönməmək üçün içində yaşayan “əsl insan”ın olması vacibdir.

 

Harper Lee – Bülbülü öldürmək

   Bülbülü öldürmək Harper Leenin oxuduğum və heyran qaldığım bir ktabıdır.Hekayə kiçik bir şəhərdə baş versə də, Harper Lee irqçilik, ədalətsizlik kimi, bütün dünyada görə biləcəyimiz mövzuları çox yaxşı işləyib. Biz bütün hekayəni balaca Skautun dilindən oxuyuruq. Hamımız əslində eyniyik, hamımız insanıq, amma təəssüf ki, bir yerdə yaşaya bilmirik. Kitab bitir amma ağrı insanın ürəyində qalır..

 

Orhan Pamuk - Məsumiyyət muzeyi

Orxan Pamukun bu romanda istifadə etdiyi dilə, ədəbi anlayışa, bədii ədəbiyyata və personajlara heyran olmamaq mümkün deyil. Yenə Orxan Pamuk adına layiq bir əsər yazıb. “Məsumiyyət muzeyini” bəzən kədərlə, bəzən ümidlə, bəzən də sevgi ilə oxudum. Yeganə təəssüfləndiyim şey isə kitabı bitirdikdən sonra İstanbulda olub muzeyi ziyarət edə bilməməyim oldu.

 

Alber KamüYad

Bu kitabı oxuyub üz qapağını bağlayanda “dəhşət!” dedim. Görəsən həyatı niyə bu qədər ciddiyə alırıq? deyə düşündüm. Çünki baş qəhrəmanımız həyat şövqündən uzaqdır, monoton həyatın əyləncələri ilə kifayətlənir və bundan heç bir narahatçılıq hiss etmir. Lakin sonda əsil günahkar özü deyildi mi?

 

 Cengiz Aytmatov – Toprak Ana

Oxuduğum hekayənin hər cümləsi boğazımda ilişib qalmışdı sanki. Elə bil ki, bir film izləmişəm bütün səhnələr gözümdə canlanırdı. Qısa, lakin təsirli, uzun təsvir və rəvayətlərdən uzaq bir əsərdir.

 

Franz Kafka – Çevrilmə

İnsanlara fayda verirsənsə, ehtiyaclarını ödəyirsənsə səni sevirlər. Əgər bir faydan toxunmursa, səni özlərindən kənarlaşdıracaqlar. İşlər belə gətirdikdə insanlar üçün bir həşəratdan fərqin qalmayacaq. Səninlə maraqlanmırlar, görməməzlikdən gəlirlər. Frans Kafka bu kitabda fərqliliyin cəmiyyət tərəfindən kənarlaşdırıldığını, sevilmək istəyiriksə insanların səndən rahat şəkildə istifadə etməsinə icazə verməli olduğunu ən yaxşı şəkildə izah edir.