Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Orxandan kitab tövsiyəsi

Mən -Orxan, hər zaman dünyanın müxtəlif ölkələrində səfərlərim zamanı kitab dükanlarında oldum. Günlərin birində gözümü Bakının ən böyük kitab şəbəkəsi olan Əli və Ninoda açdım. Artıq sevdiyim işdə çalışıram. Kitabları çox sevirəm, onların qoxuları mənə çox doğmadır. Sizləri biri birindən maraqlı, düşündürücü hər janrda kitablarla dolu olan öz bloquma dəvət edirəm

 

Çarlz Dikkens - Oliver Tvist
Bu kitabı çox gec oxumaqla həyatda nələri hələ də anlamadığımı gec də olsa öyrəndim.
Məşhur İngilis yazıçısı Çarlz Dikkensin bu romanı 19cu əsrdə kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini,uşaqların səfil həyatlarını və ehtiyac üzündən oğurluqlara məcbur qaldıqlarını geniş şəkildə oxuculara çatdırır.
Doğulduğu gündən yetim qalan Oliver uşaq evində böyüyür,daha sonra həyat onu gözləmədiyi insanlarla "cibgirlərlə" qarşılaşdırır.Londonda məcbur oğurluq missiyasını yerinə yetirərkən Oliver qolundan vurulur.Ən maraqlı hadisələr məhz elə burada başlayır.
Varlıların ikiüzlülüyünü və yoxsulluğun insan ruhunu sövq etdiyi dərinlikləri dəhşətli surətdə təlqin edən Oliver Tvist həm şər haqqında heyrətamiz bir araşdırma,həm də bütün dövrlər üçün təsirli bir romandır.Bu romanı oxumaqla siz yoxsulluq, çarəsizlik, qorxu, şirnikləndirmə və böyük çətinliklər qarşısında yaxşılığın son zəfərini anlayacaqsınız.

 

Brayan Treysi - Satış etmək sənəti
Kanada əsilli Amerikalı motivasiyalı ictimai natiq və özünü inkişaf müəllifi Brayan Treysi.Müəllifin demək olar ki,bütün kitabları biznesin inkişafı haqqındadır.Oxuduğum ən maraqlı və mənə satış işlərimdə yol göstərən kitablardan biri də "Satış etmək sənəti" kitabıdır.Burada A-dan Z-yə satış haqqında bütün sirrləri öyrənəcəksiniz.Əgər yeni bir biznesə başlamısınızsa bu kitab əsl sizin üçündür.Müəllif sizə satışda maneələri,qazandıran satış üsulları,məhsuldarlığın ikiqat artımı və ən əsası daha çox pul qazanmağın sirrlərini böləcək.

 

Гэвин Кеннеди
Договориться можно обо всем!

Это - Лучшая книга связанная с переговорами и продажами, помогает сфокусироваться и выйти победителем из любых переговоров. После прочтения книги понимаешь, какие ошибки ранее допускались а чего нужно избегать. Есть конкретные примеры и конкретное задания, который позволяет прочувствовать каждую тему на себя. Хорошая книга для личного сомообразования.

Товары, упомянутые в статье
14 AZN 17.50 AZN
Договориться можно обо всем! Как добиваться максимума в любых переговорах
шт
16.96 AZN 21.20 AZN
Oliver Twist
шт
5.99 AZN 7.49 AZN
Satış etmək sənəti
шт
7.84 AZN 9.80 AZN
Oliver Twist
шт
7.12 AZN 8.90 AZN
Oliver Twist
шт