Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Korporativ hədiyyə seçimi

Bayramlar – Yeni İl, 8 Mart, Novruz bayramı, Ramazan bayramı, Uşaqların Müdafiəsi Günü və s. – artıq bütün kampaniyalar və işçilər tərəfindən sevinclə qarşılanan korporativ məclislərə çevrilmişdir. Təntənəli şənliklər, müxtəlif əyləncələr, oyunlar kollektiv ruhunu daha da yüksəltdiyi kimi, kampaniyaların qarşısında əməkdaşlarını və tərəfdaşlarını hədiyyə ilə sevindirmək öhdəliyi və təlabatını da qoymuşdur.

Artıq  həm kampaniyalar, həm də əməkdaşları bütün bayramları yüksək ruh və həyacanla gözləyirlər.  Bu səbəbdən hər bayrama uyğun hədiyyə seçmək korporativ tədbirlərin ayrılmaz hissəsinə çevrilmişdir.  

Korporativ hədiyyə hər şeydən öncə, özünün orijinallığı, neytrallığı və ideyası baxımından həm tədbirə, həm hazırki bayramın əhval-ruhiyyəsinə,həm də şirkətin imicinə uyğun olmalıdır.

Hədiyyə seçilərkən işçilərin yaş  həddinə də diqqət etmək vacib cəhətlərdən hesab edilir.

Əməkdaşların cinsini, yaş fərqlərini, zövq müxtəlifliyini göz önündə tutan şirkətlər ən asan çıxış yolu olaraq əməkdaşlarını  geniş çeşidli və bir neçə fərqli istiqamətlərə malik tanınmış mağazaların hədiyyə kartlarını ilə sevindirməyə üstünlük verirlər. Müxtəlif dəyərlərdə olan hədiyyə kartları işçilərə hər şeydən öncə, öz hədiyyələrini özlərinin seçməsi kimi bir avantaj vermiş olur.

Yeni İl, Novruz bayramı, 8 Mart, Ramazan bayramı və digər ənənəvi bayramlar üçün hədiyyələr müxtəlif növlərə və təyinatına görə fərqləndirilir.

 

1. Hədiyyə kartları

Yaşından, şirkətdəki mövqeyindən və cinsindən asılı olamayaraq hər kəs üçün münasib hədiyyə hesab edilir.

Hazırda dünyanın  inkişaf etmiş bütün satış şəbəkələri kimi, “Əli və Nino” Kitab Mağazaları şəbəkəsi və Alinino.az saytı da öz müştərilərinə həm plastik, həm də elektron hədiyyə kartları təklif edir. Bu kartlar öz sahibinə şəbəkədə satılan bütün məhsulları əldə etmək imkanını verir.

 

“Əli və Nino” Kitab Mağazaları şəbəkəsinin plastik hədiyyə kartları

   

 

 

Alinino.az saytının Elektron Hədiyyə kartları

 

 

 

2. Kreativ hədiyyələr

Demək olar ki, bütün kampaniyalarda həm əməkdaşlar, həm də partnyorlar arasında elələri tapılır ki, onların xüsusi, özəl zövqləri, maraqları olur. Məsələn, kimisi kino həvəskarıdır, kimisi musiqi, kimi də moda, maşın, idman və s. müxtəlif sahələrin yaxından izləyicisi və vurğunudur, hətta, bəlkə kolleksiyası da var. Belə əməkdaşlar, yaxud tərəfdaşların kolleksiyasına maraqlı və özəl, hədiyyəlik kitab əlavə etmək yerinə düşərdi.

Daha çox seçim üçün tıklayın

İngilis dilində

Rus dilində

       

     

    

 

 

 

3. Müxtəlif mövzulu kitablar

Kampaniyalar işçilərin davamlı mütaliə etməsinə müsbət yanaşdığından əksər vaxtlarda Yeni İl, Novruz bayramı, 8 Mart, Ramazan kimi bayramlarda öz əməkdaşlarının yaş və təxmini maraq dairələrinə uyğun olaraq, yaxud, çalışdıqları sahəni əhatə edən müxtəlif janrlarda kitablar hədiyyə edirlər.

Daha çox seçim üçün tıklayın:

Kitablar

   

 

Alinino.az saytı bu baxımdan olduqca geniş seçim təqdim edir. Biznes, psixologiya, klassika, fəlsəfə, dünya romanları, fantastika və s. yüzlərlə fərqli çeşiddə kitab seçimi ilə tanış olub əməkdaşlarınıza və partnyorlarınıza ən yeni kitablardan hədiyyə seçə bilərsiniz.

     

 

 

 

4. Yaradıcı hədiyyələr

Buraya müxtəlif mövzulu yaradıcı dəstlər, pazllar və s. daxildir. Əməkdaşların asudə vaxtlarının maraqlı keçməsini təmin etmək istəyən, həmçinin diqqətlərini və estetik baxış bucaqlarını düşünən şirkətlər  belə hədiyyələrə daha çox üstünlük verirlər. 

Daha çox seçim üçün tıklayın:

Pazllar

Yaradıcı dəstlər

          

 

 

 

Bəzi kampaniyalar özəl bayram günlərində yalnız öz əməkdaşlarını sevindirməklə qalmır, onların övladları üçün də sevindirici hədiyyələr hazırlayırlar. 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü, 15 Sentyabr – Bilik günü kimi özəl günlərdə əməkdaşların övladları üçün xüsusi hədiyyə paketləri hazırlanan zaman şirkətlər uşaqlar üçün özəl hazırlanmış hədiyyə kartları, geniş çeşidli oyun-oyuncaq, məktəb ləvazimatları və minlərlə müxtəlif mövzulu bədii və öyrədici kitablar, ensiklopediyalar seçə bilərlər.

Daha çox seçim üçün tıklayın:

Kitablar

Oyun-oyuncaq

   

Другие публикации