Ataları gözlənilmədən həbs olunandan sonra Roberta, Piter və Fillis anaları ilə birlikdə Londondakı rahat mənzillərindən çıxaraq şəhər kənarındakı bir daxmada yaşamalı olurlar. Uşaqlar yaxınlıqdakı dəmiryolu vağzalının yanında yaşayır, stansiyadakı yükdaşıyanla və stansiya rəisi ilə dostlaşırlar. Roberta, Piter və Fillis hər gün dəmiryolu boyunca qaçır, ötən qatarlara əl eləyir, atalarına salam göndərirlər. Ağıllarına da gəlmir ki, qatardan onlara əl eləyən atalarının yox olmasına bais olan şəxsdir. “Dəmiryolu uşaqları” bütün dövrlərin ən yaxşı klassik əsərlərindəndir.
ISBN:
2001321604630
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Edit Nesbit
Səhifə sayı:
256
Dil:
Azərbaycan
Seriya:
Çiçəklənən Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 17
Səidə
Möhtəşəm bir əsərdir yorulmadan oxudum.
Jasmin
Müəllifin dili o qədər axıcıdır ki, kitabı bir gecədə bitirdim. Çox sevdim.
Kamran Y.
Kitabım gözlədiyimdən tez gəldi və keyfiyyəti çox yaxşıdır. Müştəri xidməti isə hər zaman yardıma hazır idi. Çox sağ olun.
Aytac
Çox təsirli və oxunaqlı əsərdir. 📖👍
Aidə Salmanova
Sevərək oxuduğum bir romandır. Hər kəsə oxumağı tövsiyə edirəm.
Kamilə Abbasova
Çiçəklənən klassikaya daxil olan kitabların hamısını oxumuşam. Hər biri mükəmməl əsərdir. İndidə hədiyyə olaraq alıram. İnanıram ki, çox bəyəniləcək.
Yunis
"Dəmir yolu uşaqları" əsərini mən ozüm oxumuşam. Təsirli məzmunu var əsərin.İndi isə tələbə yoldaşım üçün zakaz verdim. 8 martda hədiyyə edəcəm.
Mərcan
Çox təsirli əsərdir. Oxumaqdan böyük zövq aldım desəm yeridir. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm.
Əzizə
Çox amma çox təsirli əsərdir. Oxuduqca çox duyğulandım. Uşaqların həyatı çox təsir etdi mənə.
Kərim
Oxumağa dəyər. Hər kəsə tövsiyə edirəm. Uşaqların həyatı sizə də çox təsir edəcək.
Nuray
Oxuduqca oxumaq istədiyim kitablardan biridir. Çox xoşuma gəldi, oxumağa dəyər
Tünzalə
Olduqca maraqlı və çox təsirli bir romandır.
Rüstəm Quluyev
Zavallı Roberta, Piter və Fillisinin atalarına olan həsrət dolu hekayəsi məni çox təsirləndirdi. Mən uşaq yaşlarımda atamı itirmişəm. Bəlkə də bu səbəbdən əsər mənə belə toxundu. Ümumiyyətlə maraqlı kitabdır.
Aysel
Rəfiqəmə hədiyyə etdim. Kitabı çox bəyənib. Hələ də əsərin təsirindən çıxa bilməyib. Məndə xidmətinizdən razı qaldım. Zərif hədiyyə paketinə görə də təşəkkür edirəm 👍🤗.
Sveta
Cox orijinal,ferqli eserdir.Son zamanlarda oxudugum en heyretamiz,ennn tesirli eserlerdendir.Kitabin cildinide cox beyendim.Tam ferqli uslubda hazirlanib
Derya
Cox tesirli ve mukemmel eserdir❤👍
Ofelya
Cox tesirli ve oxunaqli eserdir.Oxuduqca usaqlarla birge hem sevinir,hemde kovrelirdim.Ozumu hadiselerin icinde hiss edirdim.Cox duygulandigim eserlerdendir Demiryolu usaqlari,hele uzun muddet de yaddasimdan silinmeyecek