Yeni ilin gəlişi hər bir insan üçün yeni başlanğıclar və yeniliklər deməkdir.

Kitab qurdları üçün ilin yenilənməsi həm də oxuyacaqları yeni nəşrlərin xəbərçisidir.

Müasir yazıçıların yeni romanları dünya və yerli ədəbiyyat səhnəsində mühüm yer tutur. Bu əsərlər sosial məsələlər, insan münasibətləri, şəxsi inkişaf hekayələri və fantastika aləmlərindən bəhs edə bilər.

Yuxarıda qeyd olunan bütün janrları özündə ehtiva edərək, Alinino.az onlayn platforması 2024-cü ilin mart ayında nəşr olunan və oxucular tərəfindən çox sevilən 10 yeni kitab ilə sizi tanış etmək istəyir.

 Elçibəy- Sənədli-bədii tarixi roman Azərbaycan nəşri üçün yenidən işlənib.

İlk dəfə Türkiyədə (Kayseri, 2000) işıq üzü görmüş bu sənədli-tarixi roman çağdaş Azərbaycan tarixinin ən işıqlı simalarından biri, ikinci müstəqil Azərbaycan dövlətinin demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin (24.06.1938-22.08.2000) doğumundan ölümünədək olan bütün həyatını bədii-publisistik dillə əks etdirir.

Tarix- Mehmed Solakzadənin yazdığı, akademik Ziya Bünyadovun dilimizə və tarix elmimizə qazandırdığı “Tarix” kitabı Səfəvi xanədanını, qızılbaşları, Şah İsmayılı və onun tərəfdarlarını fərqli tərəfdən oxucuya tanıdır. Bu kitabda İran mənbələrinə əsaslanan və Səfəvi dövlətini, həmçinin qızılbaşları ucaldan mənbələrdə daim şanına təriflər deyilən Şah İsmayıla və qızılbaşlara qarşı müəllifin bir qədər qəzəbli və qərəzli münasibəti başa düşüləndir. Ömrünü Osmanlı sarayında keçirən Mehmed Solakzadə hadisələrə Osmanlı saray adamlarının prizmasından baxdığı üçün Şah İsmayılı lənətlə yad etməkdən çəkinmir.

Yarımçıq insanın etirafları-  Yapon ədəbiyyatının öndə gedən yazıçılarından biri, yazıları ilə yanaşı həyatı ilə də diqqət çəkən Osamu Dazainin "Yarımçıq insanın etirafları" romanı  bir özgələşmə hekayəsidir. O, təkcə Yozonun daxili aləmini deyil, həm də bir ölkənin ilişib qaldığı böhranı ortaya qoyur.  Bu əsər O.Dazainin ən gözəl, çox oxunan və avtobioqrafik romanı sayılır.

Fantastik Mister Foks- Kitabda ağıllı və hiyləgər tülkü olan mister Foks və onun ailəsindən bəhs edilir. Mister Foks ailəsini dolandırmaq üçün yerli fermalardan yemək oğurlayır. Uzun müddət Mr. Foxla mübarizə aparan fermerlər sonda bir qərara gələrək  öz qüvvələrini birləşdirirlər və ondan birdəfəlik qurtulmaq üçün bir plan hazırlayırlar!

Təbrizin 40 sehrli nağılı- Kitabda Səməd Behrəngi və Bəhruz Dehqaninin Təbriz və ona yaxın Mamağan, Tufarqan ərazilərindən topladıqları nağıllar yer alıb, onlardakı yerli şivə və dialekt xüsusiyyətləri saxlanıb.

Və... ölümdən sonrakı həyatdan 40 hekayə- Müəllif həm komik, həm kədərli, həm də sarsıdıcı hekayələri ilə ənənəvi qavrayışları yerlə yeksanedir. Bizə özümüzü “burada və indi” görə bilən ovsunlayıcı linza bağışlayır. Dodaqları uçuqladan bir təxəyyülün kökü elmə, romantizmə və şüurumuza qədər uzanır. Bu kitab həyatın, ölümün və ölümsüzlüyün yeni tərəflərini ortaya çıxaran arzu-istəyin qarışığıdır.

Şəkər Portağalı- Braziliya yazıçısı José Mauro de Vasconcelos-un ən məşhur əsəri “Şəkər Portağalı” avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı-acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dililə öz acı xatirələrini danışır. “Kasıb atanın oğlu olmaq ən böyük bədbəxtlikdir” –  deyən balaca Zeze yalnız öz aləmində, xəyal dünyasında xoşbəxtdir. “Şəkər Portağalı” – adi əsər deyil, həm uşaqlar, həm də valideynlər üçün gerçək həyat dərsidir.

Dağılmış göylər- Roman, İkinci Dünya Müharibəsindən əvvəl və müharibə zamanı baş verir və taleyi bir-biri ilə sıx bağlı olan dörd əsas personajın həyatından bəhs edir. Sidney Şeldon oxucunu güclü personajlar, gözlənilməz dönüşlər və dərin psixoloji təhlillərlə səhifə çevirən macəraya aparır. Roman həm də Şeldonun mürəkkəb qadın obrazları yaratmaq ustalığını nümayiş etdirir. Qəhrəmanların dərinlikləri və motivləri onların seçimləri və yaşadıqları faciələr vasitəsilə ağıllı şəkildə idarə olunur.

İçimizdəki güc- Luiza L. Hey tutulduğu xərçəng xəstəliyini öz daxili gücü ilə sağaltmış və bu sahədə öz təcrübələrinə əsaslanan kitablar yazmışdır. Eyni zamanda, insanın öz gücü ilə bədənini və həyatını necə şəfalandırmaq haqda hərakata təkan vermişdir.

Dəniz kənarında- Nobel Mükafatı Laureatı Abdulrəzak Qurna qaçqınlığın yol açdığı şəxsiyyət çaşqınlığı, mənsubiyyət narahatlığı və qarşılıqlı mədəni əlaqələr haqqında sarsıdıcı bir əsər təqdim edir. Roman məhəbbətin, xəyanətin, qaçqınlığın və qəribliyin müstəmləkə dövründə nə məna kəsb etdiyini heyrətamiz bir hekayədə təqdim edir.