"Mənim üçün "cəmiyyət" naməlumlarla dolu dəhşətli bir şey idi; o, heç vaxt bir mübarizə ilə nəyin nə olduğuna qərar verə biləcək qədər sadə bir şey deyildi."
Cəmiyyətin reallıqları ilə məşğul olan həyata kədərli vida məktubu...
Ailəsinin ənənəvi münasibəti ilə daxili aləmindəki təlatümlər arasında ilişib qalan Yozonun düşdüyü bu dəhliz onu günü-gündən təkliyə aparır. O, cəmiyyətdə özünü tapa bilməyən, ədalətsizliyi, riyakarlığı qəbul edə bilməyən gəncdir. Bu boğucu atmosferdə tutunmağa budaq tapa bilməyən və aidiyyət hissini itirən Yozo...
Yeganə seçim cəmiyyətdən uzaqlaşmaqdır.
Yapon ədəbiyyatının öndə gedən yazıçılarından biri, yazıları ilə yanaşı həyatı ilə də diqqət çəkən Osamu Dazainin "Yarımçıq insanın etirafları" romanı bir özgələşmə hekayəsidir. O, təkcə Yozonun daxili aləmini deyil, həm də bir ölkənin ilişib qaldığı böhranı ortaya qoyur. Bu əsər O.Dazainin ən gözəl, çox oxunan və avtobioqrafik romanı sayılır.
Hadisələr o qədər dolğun təsvir olunub ki, oxucunu darıxmağa qoymur!
Yazıçının təqdim etdiyi xarakterin daxili dünyası o qədər dərin təsvir olunur ki, özümü onun yerində hiss edirdim. Həyatdakı səhvlər və peşmanlıqlar göz önündə canlanır. Oxumamısınıza mütləq oxuyun.
K. Ayan
Dazainin əsəri mənim üçün böyük bir ilham mənbəyi oldu. Onun hissləri və düşüncələri çox təsirlidir. 👍👍👍👍👍👍
Ali Shukurlu
Adını qanun nəşriyyatı həmişəki kimi qolunu qıçını qıraraq (YƏNI ÇOX SƏHV ŞƏKILDƏ) tərcümə edib))) Ancaq Dazai və onun kitabları mükəmməlin ötəsindədir. Çox tövsiyə edirəm bu kitabı oxumağı hər kəsə.
Möhlətov İnqilab
Eyni kitabdan ikisini sifariş vermişdim. Birini Azərbaycan, birinidə Rus dilində. Sağ olun düz göndərmisiniz kitabları.
Nübar Cavadova
Mən bu vaxta kimi Osamu Dazaidən heç bir kitab oxumamışdım. Oxucu rəylərinə güvənib almışdım bu kitabını. Almağıma da, oxumağıma da dəydi açığı. Həqqiqətən də maraqlıdır.
Cəvahir
Dazainin ən məşhur əsəridir. Sevərək oxudum. Müəllif əsərdə çox təsirli qəhrəmanlar və onların iç mübarizələrini təsvir edib. 👍👍👍
Mahirə
Çox, çox maraqlı əsərdir. Sizə də tövsiyə edirəm.
Narınc Şəmsəddinova
Hər kəs bilir ki, Osamu Dazai Yapon ədəbiyyatının güclü yazarlarından biridirm. Bakıda da yetərincə oxucu kütləsi var yazıçının. Mən özümdə kitablar oxuyuram müəllifdən düşündürücü yazır.
Vüqar
Sifarişimi təslim aldım. Çox sağ olun. Mağazanız qüsursuz xidmət göstərir. Peşəkar komanda bir araya toplanıb!
Rafael Aslanov
Mən bu kitabın Azərbaycan dilində olan cildini oxumuşdum. Amma sonradan saytda Rus dilində olan cilddidə qarşıma çıxdı. Sağ olsun Əli və Nino hər dildə mütaliyə edən oxucuları nəzərə alıb.
Aygül
İnanın, oxusanız peşiman olmazsınız!
Nilufər
Kitab ölümün dəhşətini, insanı intihara gətirən əlamətləri və hadisələri çox dərindən təsvir edir, baş qəhrəmanı boş şəkildə ucaltmır və onun negativ cəhətlərini də təsvir edir. Lakin yenə də siz baş qəhramana həm yazığınız gəlir həm də ona qarşı dərin simpatiya və anlayış hissi keçirirsiniz.
Südabə
Maraqlı kitabdır. Oxumaq olar. Məndə oxuyuram. Bəyəndim!
Tünzalə Həsənova
Kitabı və uşaqlarıma lazım olan məktəb ləvazimatlarını bu gün səhər saatlarında sifariş etdim və qısa vaxtda çatdırılmanı etdiniz. Əməkdaşlarınız çox diqqətcil və mehribandırlar. Kuryerə isə xüsusi təşəkkür edirəm, ünvanımız bir az çətin yerde olsa da yorulmadan, səbrlə ünvana çatdırılmanı etdi. Sifarişlərimin hər biri çox səliqəli və təmiz paketlənmiş formada gəldi. Təşəkkür edirəm sizə.
Rəsmiyyə Azadova
Mən sevdim bu romanı. Darixmağa qoymadı məni. Hadisələr elə sürətlə cərəyən edirki, novbəti səhifədə məni nə gözləyəcəyini təin edə bilmirdim. Hər səhifədə ayrı bir həyacan var.
Xələfova Natəvan
Dostlar çox sağ olun! Sifarişlərimi götürdüm artıq! Xidmətinizdən çox-çox razı qaldım.Quba rayonunda yaşayırıq biz, sizin mağazanızdan özümə kitab, qızıma da pazll sifariş vermişdim. Pazll qutusunda gəlir deyə natahat deyildim. Amma kitaba görə bir az narahat idim ki, birdən əzilər yolda. Əlləri var olsun içilərinizin ele möhkəm paketləmişdilər ki, kitab qəti zərər görmədən əlimə gəldi. Sevdim sizin mağazanı.🫶
Gültac
Dazainin qələmini çox bəyənirəm. Onun kitabı insanın iç dünyasına səyahət edir, ruhuna təsir edir. Yazıçının səsləndirdiyi fikirlər mənə, insanın həyatda mübarizəsini və mənfi hissləri ilə başa çıxmağını anlamaqda kömək etdi. Bu əsər haqqında nə desem azdır, bir onu bilirəm ki, o qədər maraqlıdır ki, yorulmadan oxudum.
Arifə
Bu kitab haqqında çox eşitmişdim, amma öz ana dilimizdə olmadığına oxuya bilmirdim. Ana dilimizə tərcümə olunduğunu görəndə sevindim və dərhal kitabı aldım. Həqiqətən kitabın tərtibatı və tərcüməsi çox yaxşıdır. Kitabı da oxuduqca oxumaq istədim. Hər kəsə oxumağı tövsiyə edirəm. 👍👍👍👍👍👍
Kamalova Gülnaz
"Yarımçıq insanın etirafları" ilk baxışda kitabın adı diqqətimi çəkmişdi. Mənə görə insaların hammısı yarımçıq qaların. Kiminin arzuları, kiminin bacarıqları, haradan baxsaq yenədə hər birimiz həyatda nədəsə yarımçıq qalırıq. Bu kitabı oxuyanda mən sanki yuxudan oyandım. Ətrafıma nəzər saldımki, nəqədər yarımçıq qalan insan var imiş, sən demə. Biz bunun fərqinə varmamışıq. Maraqlı və düşündürücü romandır.
Əlibala Əliyev
Dazainin qələmə aldığı " yarımçıq insanın etirafları" adlı bu möhtəşəm romanını məndə oxudum. Maraqlı olduğunu düşünürəm və oxumananlarida oxumağa səsləyirəm!
Arzu
Yarımçıq İnsanın Etirafları, insan psixologiyası ilə dərin bir təmas quran təsirli bir əsərdir. Osamu Dazai'nin yaradıcılığı, qərəzli, dərin hisslər və qeyri-adi bir üslubla təsvir olunmuş təcrübələr ilə doludur. Hər bir səhifədə, yazarın iç dünyasına səyahət etmək və insanın mənfi cəhətləri ilə üzləşmək hissi yaradır. Bu kitabı oxuyarkən həmişə dəyişən bir dünyaya daldım. Uzun müddətdir kitabın təsirindən çıxa bilmirəm.
Nurcahan Nifiyeva
Osamu Dazainin bu kitabınıda oxumaq istədim. Saytda görüşdüm, onlayn sifariş verdim. Sürətli çatdırılma və möhkəm paketləmədə gəldi kitabım. Mağazanın göstərdiyi xidməti beş ulduzla qiymətləndirdim.
Ramilə Muradova
Kitabı rəfiqəm mənə hədiyyə edib. Elə kitabı ilk əlimə alan da, onun fərqli mövzusu olduğunu hiss etdim. Oxumağa başlayanda isə həqiqətən düşündüyümdən də maraqlı olduğunu gördüm. Hər səhifə, hər cümlə məni heyran etdi. İnsan hissləri o qədər güclü təsvir olunub ki, onları duyamamaq mümkün deyil.
Röyal Mahmudov
Mən müəllifin Osamu Dazai olduğunu görəndə tam əminliklə sifariş verdim kitabı. Çünki mən bundan öncədə Dazaidən bir kitab oxumuşdum. Çox güclü qələmi va maraqlı üslubu var yazıçının. Mən bəyənərək oxudum.
Kəmalə Cəfərova
Əsər insan psixologiyası və həyatın dərinlikləri ilə bağlı müdrik düşüncələr təklif edir. Dazai, baş qəsdini tapmaq üçün bir çıxış yolu axtaran bir insanın iç dünyasına daxil olaraq, onun mübarizəsini və mücadiləsini çox rəngarəng və hissli bir şəkildə təsvir edir. Kitab, insanın zəiflikləri, qələbələri ilə bağlı ətraflı bir məqam təqdim edir və məni özümə nəzarət etmək, müqavimət göstərmək və həyatın mənasını tapmaq üzrə düşündürdü. Dazai'nin incə və səlis yazı üslubu, məni hər səhifədə daxil olmaq və dərin düşüncələrə dalmaq istəyimi artırır
Niyazi Ziyadov
Sizi yüz faiz əmin edə bilərəmki, zaman ayırıb oxumağınıza dəyəcək! Mən sifariş verməzdən əvvəl çox götür-qoy etmişdim. Oxuyum ya oxumayım deyə. Amma oxuduqdan sora necə maraqli olduğunu görəndə seçimimdə yanılmadığımı gördüm.
Esmira Kamilova
Osamu Dazainin bu kitabını daha çox bəyəndim. Heyranlıqla oxudum. Kitabı oxuyarkən lap özümü də unuduram. Oxumağı düşünən hər kəsə tövsiyə edirəm.
Sədaqət Rahib
Kitabı özün götür çatdırılma xidməti ilə sifariş vermişdim. Koroğlu metro stansiyasında yerləşən Əli və Nino kitab enindən götürdüm. Zatən yolumun üstü idi, çətin olmadı mənə. Çox təşəkkür edirəm çalışanlarınız məni çox mehtiban qarşıladılar. Kitabımıda səliqəli paketdə təqdim etdilər.
Cəvahir
Heyranlıqla oxudum. Osamu Dazainin yaradıcılığı gözəl bir şəkildə ortaya qoyulmuşdur. Baş qəhrəmanın iç dünyasına dair təsvir və etiraf hissləri məni əsir aldı. Dazai, insan psixologiyasına dair müəyyən düşüncələr və mənalı məlumatlar paylaşaraq oxucunu düşündürür. Kitabın sadə lakin təsirli dili, hər cümləsindən hiss edilən incə düşüncələr mənə çox təsir etdi. Əgər insan psixologiyasına maraqınız varsa, bu kitabı oxumağınızı tövsiyə edirəm.
Cahid Höccətov
Bu kitab Qanun nəşriyatının çap etdiyi maraqlı kitablardan növbətisi oldu! Mən sözü gedən nəşriyatın Azərbaycan dilində çap etdiyi bir neçə əcnəbi yazarın kitabını oxumuşam. Çox düzgün tərcümə edirlər ve keyfityətli şəkildə çap edirlər. Yəni eyni adlı kitabı xarici nəşrlə yan-yana qoyduqda sadəcə dil fərqi olur. Kitabın tərtibadı, keyfiyəti isə xarici nəşrlə birə-bir eyni olur.👍👍👍👍
Leyla
Dazai'nin yazdığı kitabı oxuyanda, mütləq ki bir intizam və estetik hiss etdim. Hər bir səhifə adi bir əsər deyil, bir incəlik incisi kimi işlənmişdi. Çox maraqlı əsərdir. Hər kəsə oxumağı tövsiyə edirəm.
Uğur Nəbizadə
Kitab rəal personajları canlandırır və onların həyatlarını anlamaq çox asan olur. Çünki, Dazai, insan psixologiyasını özgür və incə bir dildə izah edir. Mənə maraqli gəldi!
Hüsniyyə Əhmədova
Bu kitabı oxuduqdan sonra məni çox düşündürdü və əylənləndirdi. Dazainın insan psixologiyası və həyatın dərinlikləri ilə bağlı müəyyən etiraf və müşahidələri, oxucunu düşündürür və hər səhifədə yeni bir perspektiv açır. Kitabın içindəki həyatın həqiqətləri və insanın mənfi tərəfləri barədə etiraf, məni mənfi və mədəni refleksiyaya sürüklədi. Dazaının dərinlikləri kəşf etməsi, məni hər cümlədə bir daha düşündürdü. Kitabın müasirliyi və dərinliyi məni həqiqətən də təsirləndirdi. Bu kitabı oxumaq, insanın özü ilə bağlı daha çox anlayış və nəzəriyyə inkişafı təmin edir. Ən yaxşı kitablardan biridir.
Fərman Əzizov
Oxumağıma dəyəcək az sayda kitablardan biri oldu!
Əminə Əhmədova
Kitabı rəfiqəm mənə hədiyyə edib. İlk öncə bağladığınız hədiyyə paketinə görə təşəkkür edirəm, səliqəli baglamışdınız. O qədər maraqlı əsərdir ki, kitabı əlimdən qoya bilmirəm. Elə ilk səhifələrindən məni özünə bağladı. Çox dərin mənalı kitabdır. Hər bir cümləsi mənə çox təsir etdi. 👍👍🫶🫶😍❤️
Vəfa Rafətqızı
Mən bu kitabı oxuyan bir oxucu olaraq, fikrimi bilmək istəyənlərə onu deyimki, mütləq oxuyun! Roman maraqlıdır! Ümumiyyətlə Osamu Dazai yaşanmış gerçək həyat hekayələrini bədii şəkildə qələmə alır. Onun əsərlərinin ən çox oxunmaq səbəblərindən biridə budur.
Gülay
Kitabı oxuduğum üçün məmnunam. Osamu Dazainin bu əsəri, insan psixologiyası və cəmiyyətə dair dərin təfəkkürlərə sahib bir əsərdir. Hekayələr, insanın iç dünyasına, mübarizələrinə və mənəvi məsələlərinə dair dərin bir nəzər açır. Dazai, qarışıqlıqlarla dolu insan təbiətini ifadə etməkdə ustadır və məni hər bir səhifədə təsirləndirdi. Bu kitab, insanın kompleksliyini anlamaq və daxili dünyamızı anlamaq üçün mütləq oxunulası kitablardan biridir.
Rabil Əlibalayev
Kitabın tərcüməsi və çapı xoşuma gəldi. Sözlər sadə, anlaşılan kəlimələrlə dilimizə tərcümə edilib. Birdə ən çox xoşuma gələn o oldu ki, cümlələr aydın şəkildə çap edilib. Oxuyanda göz yormur. Vuru işarələridə düzgün yerlərdə qoyulub. Başqa nəşriyatların tərcümə etdiyi kitabları oxuyanda düzgün redaktə olunmayan cümlələr görmüşdüm. Ona görə də düzgün redaktə mənim üçün önəmli idi. Minnətdaram sizə!
Yavər Əli
Osamu Dazainin 'Yarımçıq İnsanın Etirafları' kitabı, insan psixologiyasına dair dərin bir nəzər açır və məni həyatın mənası və məqsədini düşünməyə sürüklədi. Dazainin müəllifə xarakteristik üslubu, hər bir səhifədə məni məlumatlandırdı və düşündürdü. Bu kitabı oxuyan hər kəs, insanın iç dünyasına dair yeni perspektivlər qazanacaq.
Ramil Aslanoğlu
Mən Osamu Dazai Yapon ədəbiyatının dünyada ən çox oxunan yazarlarından biri kimi tanıyıram və onuda bilirəm ki, Dazainin öz yaşamıda bir o qədər asan olmayıb. Buda müəllifin əsərlərində özünü biruzə verir. Demək olar ki, Dazai öz yaşadıqlarını qələmə alır. Ona görədə bu qədər təsirli olur. Artıq sözü gedən müəllifin üçüncü kitabıdır oxuyuram.
Əfsanə
Osamu Dazai mükəmməl yazır. Onun qələmini çox bəyənirəm. Digər kitabları kimi bu kitabını da sevərək oxudum, oxumağı düşünən hər kəsə tövsiyə edirəm. 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶
Sədaqət Ramazanova
Onlayn mağazanızı bəyəndim! Burada klassik dahilərin kitabları tapdım. Eyni zamanda muasir yazarların da kitablarını gördüm. Bir sözlə yeddidən yetmişyeddiyə hər yaşa uyğun kitab tapmaq mümkündür. Haqqınızda çevrəmdə olan oxuculardan çox eşidirdim. Bu gün özüm ilk sifarişimi verdim və xidmətdən tam razı qaldım. Artıq çox sayda müştərilətinizdən biridə mən oldum!
M. Sevil
Rəfiqəmin məsləhəti ilə kitabı oxudum və çox bəyəndim. Dazai, insanın mənfi düşüncələrini, iç dünyasındakı mübarizələrini və yaşamaq üçün mübarizə verdiyi münaqişələri ətraflı bir şəkildə izah edir. Hər bir səhifədə insanın zəifliklərini, tərəddüdlərini və mənfi düşüncələrini anlamaq üçün dərin bir nəzər verir. Dazai, insanın iç dünyasının kompleksliyini və münaqişəsini zəngin və həyəcanlı bir dildə təsvir edir. Bu kitab, insan psixologiyası və iç mübarizələri ilə maraqlanan hər kəs üçün mükəmməl bir oxuma seçimidir. 🫶🫶👍👍👍👍👍
Rəhinova Sürmə
Osamu Dazi" kitablarının ən üstün cəhəti odur ki, oxucunu yormur. Mən müəllifdən üç kitab oxumuşam. Ən son oxuduğum kitabı "Yarımçıq insanın etirafları" adlı kitab oldu. Mutləq oxuyun sizdə!
Züleyxa Kamallı
Kitab məni həyatın müxtəlif cəhətlərinə baxmağa, özümü daha yaxından tanımağa və dünyada daha dərin bir məna axtarmağa təşviq etdi. 👍👍👍👍
Amir
Göstərdiyiniz xidmətə görə təşəkkür edirəm, çox sağ olun. ❤️
Röyalə Rəşidova
Riman oxumaq daha maraqlı olur. Az sayda səhifəyə böyük maraq doğuram bir roman sığdırıb müəllif.
Telman
Çox maraqlı əsərdir, yorulmadan oxudum.
Elxan
Klassik ədəbiyyatın dünyasına dalmış olmaq mənə yeni düşüncələr, fikirlər və baxış açıları aşılayır. Bu, həyatı mənə daha geniş, daha ətraflı görə biləcəyim bir perspektiv təmin edir.
Vahidsoy Əsmər
Dazainin əsərləri məni həyatın ədəbiyyat ilə birləşdiyi bu mükəmməl dünyaya çəkib salır. Onun yazdığı hər şey özündə dərin bir mənsubiyyət daşıyır.
Təhmin Əliyev
"Yarımçıq insanın etirafları"nı oxududum. Maraqlı oldu. Yeni nəşrlərinizdə çap olunsun alıb oxuyacam inşallah.
Esmira Dursunova
Dazainin əsərləri insanın həyatına dair çox şey öyrədir və onun hikayələri, insanın qəlbində dərin izlər qoyur.
Şamxal Vahabzadə
Poçt vasitəsi ilə zakaz vermişdim. Çoxda gecikdirmədilər tez gəldi.
T. Nazpəri
Kitab zatən enfirimdə idi. Üstəlik 8 marta özəl səbətdə 5% endirim etməyinizdən də yaratlanmış oldu. Bu gün sifariş verdim . İnşallah tez gələr
Banu
Mənə də maraqlı gəldi. Superdir.
Xankişiyeva Mehri
Çox yardım sevər komandanız var. Kitablarımı seçməyimdə yardımçi oldular mənə. Sağ olsunlar.
Gulyaz Efendi
Hazirda oxuyuram. Cox maraqlidir. Ele bilirem ki, Yozo ele menim usaqligimdir. Tam sonuna catmasam da, mohtesem eserdir deye bilerem.
Nicat
Maraqlidir oxuyun sizdə.
Nəcəf Tahirli
Bu kitabı türk dilində oxumuşdum, çox bəyənmişdim. İndi ana dilimizdə oxuyuram. Nə yaxşı ki, tərcümə etmisiz. Çox sağ olun.
Hediyye
Bu gun basladim oxumaga. İlk sehifeden artiq baglanmisam. Kitabdan ayrilmaq olmur. İsteseniz alib oxuya bilersiniz maraqlidir.
Malik
Osamu Dazi hər zaman maraqlı yazır.
Qismətov Fikrət
Kitab ona görə maraqlı gəldiki mənə. Darixdırıcı cümlələrlə yazılmayıb. Müəllif sadə dildə fikrini çatdırıb oxucusuna.