Nobel Mükafatı Laureatı Abdulrəzak Qurna qaçqınlığın yol açdığı şəxsiyyət çaşqınlığı, mənsubiyyət narahatlığı və qarşılıqlı mədəni əlaqələr haqqında sarsıdıcı bir əsər təqdim edir...
Saxta pasportla ölkəsindən qaçıb İngiltərədən sığınacaq istəyən Saleh Ömər... Onun keçmişi ilə indisi arasında bir pasport əməkdaşı dayanıb... Köçkün kimi ayaq basdığı ölkədə ingilis dilini bildiyini gizlədərək gözəgörünməz olmaq qərarına gəlir. Yeni tanış olduğu Lətiflə münasibəti onu öz keçmişi ilə üzləşdirir.
Roman məhəbbətin, xəyanətin, qaçqınlığın və qəribliyin müstəmləkə dövründə nə məna kəsb etdiyini heyrətamiz bir hekayədə təqdim edir.
Söhbət müasir dövrün ən vacib əsərləri arasında özünəməxsus yer tutan zəngin, təsirli və həqiqi bir əsərdən gedir.
Kitab sükunət və təbiətin gözəlliyi ilə insanın daxili dünyası arasını məharətlə əlaqələndirib. Dəniz mənzərələri və fırtınalar həyatın müxtəlif mərhələlərini simvolizə edir. Mən sevə-sevə oxudum.
Məhbubə
Kitabın məzmunu çox düşündürücüdür. Yazıçı çox güclü bir atmosfer yaradıb.
Gülşən Seyidova
Sifariş verdiyim kitabın həm keyfiyyəti, həm də çapı yüksək səviyyədə idi. Əli və Nino mağazası ilə alış-veriş etməyi çox sevirəm, heç vaxt məyus olmamışam. Kitabın məzmunu da gözləntilərimi aşdı.
Banu
Dəniz kənarında yerləşən kiçik bir şəhərdə baş verən hadisələr təbiətin gözəlliyi ilə həyatın çətinlikləri arasında bir qarşıdurmadır. İnsanlar, onların hissləri və təbiətin gücü gözəl şəkildə bir-birinə toxunur. Elə inandırıcı əsərdir ki, oxuyanda dənizin sakitliyi, dalğaların səsini hiss edirdim.😌
Nurlan
Möhtəşəm bir əsərdir. Yazıçının üslubu çox təsirlidir. Oxuduqca hər bir detalı gözümün önündə canlandırdım.
Laçın Abdullayev
Kitabı hələ oxumamışam. Sadəcə olaraq istədim sürətli çatdırılmaya və kitabın tərtibatına görə sizə təşəkkürümü bildirim. Kitabın üz qabığı, vərəqləri, çapı ümumilikdə uğurlu iş alınıb. İnşallah oxuyum əsərin haqqında da öz rəyimi yazacam.
K. Yasəmən
Əsərin tərcüməsini çox bəyəndim. Mövzusu isə o qədər maraqlı və qeyri-adidir, oxumaqdan böyük zövq aldım.
Qəhrəmanov Akşin
Abdulrəzak Qurna Nobel mükafatını doğrudanda haqq edir! Bu əsəridə möhtəşəmdir.
Zəminə
Özümə kitablar, uşaqlara oyuncaq, zakaz vermişdim. Onlany mağaza tez çatdırdı aldıqlarımı. Cəlilabada zakaz vərmişdim, həftənin birinci günü. Bu gün poçtdan götürdüm. Sağ olsunlar istədiyim hər şeyi göndəriblər.
Tahirə Tapdıqova
Abdulrəzak Qurnanın bu əsəri geniş mövzuları əhatə edir. Qaçqınlıq həyatı yaşayan birinin qarşılaşdığı sevgi, xəyanət, çətin həyat şəraiti təsirləndirdi məni. Əsər o qədər gerçək yazılıb oxuduqca özümü qəhrəmanın yerində hiss edirdim.
Elburusova Nəzrin
Mən kitab almaq istəyəndə, öncə nə oxumaq istədiyimi düşünürəm və sonra sayta daxil oluram. Burada istəyimə uyğun kitabı mütləq tapmış oluram. Çünki geniş seçimlər var. Bəyənirəm sizi Ali və Nino!