Yeniyetmələr üçün kitablar – bu, kitab sahəsinin elə bir qoludur ki, hər seçimdə ikiqat məsuliyyət, ikiqat diqqət tələb edir. Yeniyetməlik dövrü elə bir yaş həddidir ki, bu məqamda insanın oxuduğu, şahidi olduğu, təsirləndiyi hər bir obyekt onun xarakterinin formalaşmasında birbaşa rol oynayır. Ağı qaradan seçməyi, fantaziyalarını inkişaf etdirməyi, fikirlərinə yön verməyi öyrədir.

Müasir dövrümüzdə 12-16 yaşlı yeniyetmələr artıq müəllimlərin verdiyi uzun və sıxıcı məktəb proqramından, belə demək mümkünsə, onlar üçün “köhnəlmiş” mövzulardan qaçıb daha çox həyəcan, macəra, qeyri-real dünyalar, elmi-fantastik yeniliklər və s. axtarışına çıxırlar. Demək olmaz ki, bu yanaşma yanlışdır. Onların böyüklərin həyəcan dolu dünyasına atılmaq istəkləri və bu istiqamətdəki cəhdləri elə həssas və məsumdur ki, bu mənada, onların hətta ilk məhəbbət tərəddüdləri ilə tanış olmaq istəyinə də təbii yanaşmaq, çoxdan qurduqları arzuları kimi qəbul etmək lazımdır.

Bəs bu yaş dövründəki oxucuları hansı istiqamətə yönəltmək daha doğru olar? Yaxud, “kitab pəhrizi” nə deməkdir?

Yeniyetmə ədəbiyyatının seçilməsində valideynlər xeyli diqqətli yanaşmalı, bəzi şiddət, qəddarlıq, həddən artıq qorxu və dəhşət ehtiva edən kitablardan uzaq tutmalıdırlar. Bunun ən sadə və rahat yolu isə onlara rahatlıqla seçim edə biləcəkləri maraq və həyəcan dolu bir siyahı təqdim etməkdir.

“Oxuma, olmaz!”, "Bu mövzu sənin yaşına uyğun deyil" deməkdənsə,  onların asudə vaxtlarını mütaliədən doymayacaqları  faydalı kitablarla doldurub “pəhrizlərini” təmin edə bilərsiniz.  

“Onlara nə öyrədək”, yaxud “Kitab pəhrizi” nədir?

Bu sual daima valideynləri düşündürür. Yeniyetmələrə nəyi öyrətmək daha doğrudur? Bu məsələdə yeddi təməl istiqamət sizə xeyli kömək edəcəkdir. (Ətraflı məlumat üçün fotolara klik etməyi unutmayın!)

1. Onlara həyəcanlanmağı öyrədin!

Fantastika, macəra, qeyri-real dünyaların verdiyi həyəcan onlara zamanın necə keçdiyini hiss etdirməyəcək.

 

            

 

 

2. Onların baxış bucağını dəyişin!

Real hadisələrə qeyri-real baxış tərzi, bilinməyən elmi kəşflər və insan hisslərinə fərqli aspektdən yanaşmağa şərati yaratmaq onların yaradıcı qabiliyyətinin yeni imkanlarını aça bilər.

            

 

 

3. Onlara güclü olmağı öyrədin!

Həyatın gətirdiyi çətin sınaqlardan uğurla keçib möhkəm dayana bilmək olduqca önəmli cəhətdir.

            

 

 

4. Onlara sevməyi öyrədin!

Kiçik ürəklərin böyük həvəslərə meyl etdiyi zamanda onları insani sevginin varlığı ilə tanış olmaqlarına fürsətlər yaradın.

           

 

 

5. Onları gülməyə sövq edin!

Bütün çətinliklərə qalib gələ bilən yeganə stimul yumor hissini itirməməkdir. 

            

 

 

6. Onların zəkasını inkişaf etdirin!

Bu dövr insan beyni istənilən yeni informasıyaya "ac" olur. Onların bu keyfiyyətindən "istifadə etməyə çalışın".

          

 

 

7. Onları xeyirxahlıqla tanış edin!

Dostluğun, yardımın, paylaşaraq xoşbəxt olmağın ən dəyərli hiss olduğunu öyrənmək üçün fürsətlər yaratmağa dəyər.

        

 

 

 

Daha geniş seçim www.alinino.az saytında!

 

Müəllif: Lalə Rəhmanova