Sizin səbətiniz boşdur

Hobbit və ya oraya və geriyə

Malın reytinqi:
(5)
Müəllif: J.R.R. Tolkien

Mövcuddur

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.

.

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * "Özün götür" xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 9789952364613

“Yerin altında, öz yuvasında bir hobbit yaşayırdı...”
Bu sözləri C.R.R.Tolkin isti yay günü yoxladığı məktəbli imtahan işinin arxasına yazmışdı. Heç kimin ağlına gəlməzdi ki, məhz bu cümlədən sehrli toxum kimi dünya ədəbiyyatında ən tanınmış sənət əsəri yaranacaq və müəllifini “yüksək fentezi” kimi tanınmış janrın klassikinə çevirəcək. Yeri gəlmişkən, bu janrın digər klassiki “Narniya salnaməsi”nin müəllifi K.S.Luis onun yaxın dostu olmuşdur.
XX əsrin ən məşhur “ədəbi nağılı” adlandırılan “Hobbit və ya oraya və geriyə” əsəri Tolkinin uşaqları üçün qoşduğu nağıldan yaranıb. Təsadüf nəticəsində nəşr olunan bu əsər oxucular tərəfindən elə rəğbətlə qarşılanıb ki, kitabın naşiri bu əhvalatın ardını yazmağı təkidlə xahiş edib.
Əsərin ilk sətirlərindən müdrik sehrbaz Həndalf (o hər dəfə lazım olanda peyda olur) Bilbo Begginsi cırtdanlarla Tənha Dağa səyahətə cəlb edir. Abad, səliqəli və rahat yuvasında yaşamağa öyrəşmiş Hobbitə ömrü boyu sərgərdan həyatı yaşayan cırtdanların kompaniyası ilə ayaqlaşmaq çətin olur. Lakin onun daxilində, bu günədək heç özünə məlum olmayan, gizli macəra ruhu bütün məhrumiyyətlərə yeni dostlarının xətrinə qatlaşmağa kömək edir. Təhlükəli macəralar, müəllif fantaziyasının məhsulu olan digər irqlərlə mürəkkəb münasibətlər, çıxılmaz vəziyyətlər əsəri həqiqətən cəlbedici edir, ondan ayrılmaq mümkün olmur. Amma qaranlıq buludlar arasında belə işıq yeri var. Elə burda da dostlar həmişə köməyə gəlir, əfsus ki, faciəsiz ötüşmək olmur.
Əsər oxucunu həyata və özünə yeni nəzərlə baxmağa çağırır. Bəlkə sən, elə əsərin qəhrəmanı kimi, haradasa özünü lazımınca dəyərləndirməyibsən.
Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məhsulun kodu: 9789952364613
Janr: Fantastika
Cild: Yumşaq
Müəllif: J.R.R. Tolkien
Səhifə sayı: 319
Dil: Azərbaycan
Метка: Bestseller

şərhlər5

Tək kəlmə ilə Mükəmməl bir kitab 😍
Filminə baxan biri kimi əmimlinlə deyə bilərəm ki, kitab filmindən qatbaqat maraqlıdır. Bir nəfəsə oxunur. Tərcüməyə söz ola bilməz
Salam, hobbit seriyasının bundan əvvəl hər hansı bir bölümü var yoxsa sadəcə budur?
Epic-fantasy janrının əsasını qoyan bu romanın dilimizə tərcümə edilməsi sevindirici haldır. Ümüd edirəm yazarın digər bütün kitabları da tərcümə edilər.
Salam.İlk öncə neçə yaşa aid kitabdır? İkincisi hələki dəqiq araşdırmamışam amma bunun ardı kitab Üzüklərin hökmdarı:"Üzük qardaşlığıdır"? Və onun da ardı var? zəhmət olmasa deyə bilərsiz?
Dükanın cavabı: Salam. Kitab 12+ yaş həddi üçün nəzərdə tutulmuşdur. "Üzüklərin hökmdarı"da hadisələr "Hobbit"dəkini davam etdirir. Üzüklərin hökmdarı 3 hissədən ibarətdir, növbəti hissə "The Lord of the Rings: The Two Towers"

Oxşar məhsullar

Yumşaq
Devid Uolyams
5%
8.40 AZN
7.98 AZN
Bərk
C.K.Roulinq
20%
14.99 AZN
11.99 AZN
Bərk
C.K.Roulinq
20%
10.99 AZN
8.79 AZN
Yumşaq
İlqar Əlfioğlu (tərtibatçı)
20%
9.99 AZN
7.99 AZN
Yumşaq
Elinor Porter
20%
6.99 AZN
5.59 AZN
(3)
Yumşaq
Hektor Malo
20%
7.99 AZN
6.39 AZN
Yumşaq
Annie M.G.Schmidt
20%
4.99 AZN
3.99 AZN
Yumşaq
Frensis Börnet
20%
6.50 AZN
5.20 AZN
Vəhşi İt Dinqo və ya ilk məhəbbət haqqında
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Yumşaq
Ruvim Frayerman
20%
3.40 AZN
2.72 AZN
Küçə müğənnisi
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Yumşaq
E.Seton-Tompson
20%
5 AZN
4 AZN