Knut Hamsunun Kristianiyada keçirdiyi əzablı və qorxunc gənclik illərinin üzərindəki pərdəni bir az qaldırsaq, «Aclıq» romanını bir çox cəhətlərinə görə avtobioqrafik əsər də adlandırmaq olar. O vaxtlar yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların biganəliyi və daşürəkliyi büsbütün romana köçürülmüşdür. Onun aclıqdan fiziki əzab çəkən qəhrəmanı ətrafdakıların tam etinasızlığı ilə qarşılaşır. Yazıçının öz sözlərinə görə, o bu əsərdə «ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, əsəb sarsıntılarını təsvir etməyə səy göstərib». Əsərin qəhrəmanının hərəkətlərindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloji aclıqla bağlı deyil. O, sanki iki aləmdə – gerçək və özünün uydurduğu xəyali aləmdə yaşayır. Bu ikilik romanın adında da özünü göstərir: onun qəhrəmanı korlanmış, pozulmuş dünyada yalnız fizioloji deyil, həm də təbii insani münasibətlərə ehtiyac duyaraq mənəvi aclıq keçirir. Romanın simpatik-ironik üslubu yazıçı ilə qəhrəman arasında üzvi bağlantı yaradır.
					ISBN:
									9789952265613
								Издательство:
									Qanun Nəşriyyatı
								Переплёт:
									Мягкий
								Автор:
									Knut Hamsun
								язык:
									Азербайджанский
								Метка:
									Ekspress
								Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе
 
		 
