Cart is empty
Publishing house: Qanun
Author: Knut Hamsun
Free delivery in Baku
ISBN: 978-9952-26-561-3
Knut Hamsunun Kristianiyada keçirdiyi əzablı və qorxunc gənclik il­lərinin üzərindəki pərdəni bir az qaldırsaq, «Aclıq» romanını bir çox cəhətlərinə görə avtobioqrafik əsər də adlandırmaq olar. O vaxtlar yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların bi­ga­nə­liyi və daşürəkliyi büsbütün romana köçürülmüşdür. Onun ac­­lıqdan fiziki əzab çəkən qəhrəmanı ətrafdakıların tam etinasızlığı ilə qarşılaşır. Yazıçının öz sözlərinə görə, o bu əsərdə «ardıcıl olaraq ac­lıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, əsəb sar­sın­tılarını təsvir etməyə səy göstərib». Əsərin qəhrəmanının hərə­kət­lə­rindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloji aclıqla bağlı de­yil. O, sanki iki aləmdə – gerçək və özünün uydurduğu xəyali aləm­də yaşayır. Bu ikilik romanın adında da özünü göstərir: onun qəh­rə­manı korlanmış, pozulmuş dünyada yalnız fizioloji deyil, həm də təbii insani münasibətlərə ehtiyac duyaraq mənəvi aclıq keçirir. Ro­ma­nın simpatik-ironik üslubu yazıçı ilə qəhrəman arasında üzvi bağ­lantı yaradır.
Article: 9841
Publishing house: Qanun
Binding: Paperback
Author: Knut Hamsun

comments0

comments

One click buying (only for orders in Baku)