Dünyada ən məşhur əsərlərdən biri kimi tanınan “Anna Karenina” rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış romandır. Əsər Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Anna Karenina əsəri, Rusiyanın və ümumilikdə bəşəriyyətin müasir həyatını əks etdirir. Anna bir tərəfdən bədbəxt olmağı ilə oxucularda təəssüf hissi yaradarkən, bir tərəfdən də ailəsini və oğlunu ataraq Qraf Vronski ilə eşq oyunu oynadığı üçün oxucularda ona qarşı nifrət hissi yaradır.
İxtisarla