Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfiqə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər vasitəsi ilə təqdim olunur. Ədəbi-tarixi esse kimi qələmə alınmış “Baş nazirin xanımı” yalnız Azərbaycan Cümhuriyyətinin tarixi ilə məşğul olanlar üçün deyil, geniş oxucu kütlələri üçün də maraq doğurur.
ISBN:
9789952360486
Жанр:
Bioqrafiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Мягкий
Автор:
Vilayət Quliyev
Количество страниц:
140
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 3
Nəsib bəylə, Şəfiqə xanımın həyatı, ailəsi haqqında oxumaq. Vətənimiz və millətimiz üçün çalışdıqlarını bilmək sevindirdi məni. Yorulmadan, sevərək oxudum.
Ayyy necə maraqlı kitabları işıq üzünə çıxarmısınız. Hamısını birdən oxumaq istəyirəm. Hələlik bəyəndiyim üç kitabı sifariş eləmişəm. Onları oxuyum yenədə nəzərimdə bir iki kitab tutmuşam onlarıda alıb oxuyacam.
Azərbaycan cümhuriyyətinin qurucularından biri olan Nəsib bəy Yusifbəyli və onun xanımı Şəfiqə Qaspralı barədə maraqlı bilgilər aldım. Çox
Əli və Nino kitab evinə təşəkkürlər, hədiyyə etdiyiniz əlfəcinləri çox bəyəndim♡
Əli və Nino kitab evinə təşəkkürlər, hədiyyə etdiyiniz əlfəcinləri çox bəyəndim♡
Похожие товары
Покупают вместе