Sizin səbətiniz boşdur

Baş Nazirin Xanimi

Malın reytinqi:
(1)
Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Vilayət Quliyev

Mövcuddur

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.

.

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * "Özün götür" xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 9789952360486

Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfi­qə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər vasitəsi ilə təqdim olunur. Ədəbi-tarixi esse kimi qələmə alınmış “Baş nazirin xanımı” yalnız Azərbaycan Cümhuriyyətinin tarixi ilə məşğul olanlar üçün deyil, geniş oxucu kütlələri üçün də maraq doğurur.

Məhsulun kodu: 9789952360486
Janr: Bioqrafiya
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Vilayət Quliyev
Səhifə sayı: 140
Dil: Azərbaycan

şərhlər1

Azərbaycan cümhuriyyətinin qurucularından biri olan Nəsib bəy Yusifbəyli və onun xanımı Şəfiqə Qaspralı barədə maraqlı bilgilər aldım. Çox Əli və Nino kitab evinə təşəkkürlər, hədiyyə etdiyiniz əlfəcinləri çox bəyəndim♡