"Gecəyarısından bir xeyli keçmişdi. İslam diksinib yuxudan ayıldı. İri bir qaraltı göldə çapalayırdı. İslam pəncərədən eşiyə atıldı. Başqa kişilər də çölə tökölüşdülər. Kürən xirtdəyə kimi suya girib balıqları qovalayırdı. Kəndxuda təəccüb içində ona tamaşa etdi. Məşədi Baba lampanı gətirib yuxarı qaldırdı:
– Allahu Əkbər! Suya niyə girib? Nə eləmək istəyir?!
– Ay bala, orda nə edirsən? – Kəndxuda Kurəni səslədi.
Kurən suyun içində çapalayır, balıqlara həmlə edirdi. İslam qışqırdı:
– Çıx çölə! Tez! Eşidirsən? Çıx çölə!
– Suya niyə girmisən? – Kəndxuda yenə soruşdu.
– Acam! Çox acam! Acam! – Kurən nərə çəkməyə başladı.
– Butun yeməkləri yedin? – İsmayıl dedi.
– Acam! Çox acam! Acam!
– Yəqin, hamısını yeyib ki, çölə çıxıb, – Kəndxuda dedi.
– Bəs çölə necə çıxıb? – Məşədi Səfərin oğlu soruşdu. Kəndxuda əllərini ağzının kənarına tutub Kurəni
səslədi:
– Ay uşaq, cıx colə. Ay bala, eşidirsən?! Cıx sudan!
Ağzı su ilə dolu Kurən boğula-boğula cavab verdi:
– Acam!
Kurən başını suya salıb balıqlara hucum cəkdi.
– Axı bu niyə belə edir? – İsmayıl soruşdu.
– Gormursən? Balıqları tutub yemək istəyir, – Məşədi Baba dedi.
– Necə yəni yemək istəyir? Diri balıq yeməlidi məgər? Kim yesə, ordaca işi bitər.
Məşədi Səfərin oğlu dedi:
– Lap yaxşı. Buraxın yesin, işi bitsin.
Kəndxuda lampanı Məşədi Babanın əlindən alıb yırğaladı.
– Gəl eşiyə, oğul!.. Allaha bax! Cıx gəl... Haydı...
– Bu cur cıxası deyil, Kəndxuda! Ona yeməyi gostərməsək, çıxmayacaq! – İslam dedi.
– İndicə gedib bir şey gətirərəm, – İsmayıl deyib tələsik evinə sarı getdi. İsmayıl iki kombə corəklə qayıtdı."
⠀
"Bəyəl əzadarları" I Saedi
ISBN:
9789952525458
Жанр:
Din
Издательство:
Parlaq İmzalar
Переплёт:
Yumşaq
Автор:
Saidi
Количество страниц:
304
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе