Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Jane Austen hələ də haqlı olaraq ingilis ədəbiyyatının “Birinci xanımı” hesab edilir. Onun əsərləri Böyük Britaniyanın bütün kollec və universitetlərində məcburi oxunan ədəbiyyatlar siyahısındadır, kitabları şedevr kimi qəbul edilir, süjetin səmimiliyi və sadəliyi ilə cəlb edir. “Emma” haqlı olaraq Jane Austen-in ən yaxşı əsəri sayılır, onun yaradıcılığının zirvəsi hesab edilir. Romandakı hadisələr varlı mülkədar Vudhausun Emma adlı qızının ətrafında cərəyan edir. Bu hekayətin kifayət qədər tipik olmayan qəhrəmanı kasıb deyil, onun hər şeyi var – yaxşı evi, sevən atası, var-dövləti, – yalnız əri yoxdur. O, ümumiyyətlə, öz həyatından tam razıdır, buna görə də kiməsə vurulmaq, ərə getmək arzusu yoxdur. Əvəzində onu əhatə edən insanların romantik hekayətlərinə qarışmağı daha çox sevir. “Emma” kitabının qəhrəmanı öz niyyətinə elə aludə olur ki, ətrafında baş verənləri görə bilmir. Bu onu tez-tez pis vəziyyətə salır. Müxtəlif xanımlara adaxlı seçməyə aludə olan Emma, bu adaxlılardan bəzilərinin onun özü ilə maraqlandığını və özlərini bu qızların tayı saymadıqlarını güman belə etmir. Ən yaxşı dostu cənab Naytli onu dəfələrlə xəbərdar edir, amma xanım kiməsə qulaq asmağa adət etməyib. Emma heç nəyə baxmadan Harriet Smitin şəxsi həyatını qurmaq cəhdlərinə davam edir. Amma bu dəfə onun planları alt-üst olmağa məhkumdur və qız axmaq vəziyyətə düşür.

ISBN:
9789952367522
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Ceyn Ostin
Количество страниц:
480
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Ekspress
Отзывы о товаре 10
CA
Cəmilə Abbaszadə

Kitabı bir nəfəsə oxudum. Hadisələrin gedişatı və müəllifin təsvirləri çox təsir edicidir.

GS
Gülşən Seyidova

Bu klassik əsər sadəcə oxumaq üçün deyil, hər cümləsini hiss etmək üçündür.

CA
Cəmilə Abbaszadə

Süjet xətti çox yaxşı qurulub, oxuyarkən bir an belə darıxmadım.

DI
Diləfruz

Emma mənim ən sevdiyim əsərlərdən birinə çevrildi. Müəllifin yazı tərzi çox təsirlidir.

AS
Aysel Sadıqlı

Ceyn Ostinin "Emma" romanını oxudum, qadın psixologiyasını və insan münasibətlərini əla təsvir edir.

5 / 5
5 звёзд 10 4 звезды 0 3 звезды 0 2 звезды 0 1 звезда 0 Без оценки 0
Похожие товары
10.39 AZN 12.99 AZN
Dəli Kür
шт
9.59 AZN 11.99 AZN
Alçaldılmış və təhqir edilmiş insanlar
шт
6.39 AZN 7.99 AZN
Çovdarlıqda uçurumdan qoruyan
шт
Покупают вместе
12.72 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
шт
7.92 AZN 9.90 AZN
Səmərqənd
шт
22.79 AZN 25.30 AZN
Really Tiny Book Light Grey
шт
22.79 AZN 25.30 AZN
Kitab lampası - The Really Tiny Book Light-lilac
шт