Bu maraqlı kitab Qərb fəlsəfəsinin dahi mütəfəkkirlərinin dünya və bu dünyada necə yaşamalı olduğumuza dair əsas ideyalarını araşdırır.
Qırx qısa hissədə Naygel Uarburton bizi fəlsəfə tarixinin əsas ideyaları ilə xronoloji ardıcıllıqla tanış edir. O, azad düşünmək imkanından məhrum olmaq əvəzinə, zəhərlənib ölməyi seçən Sokratdan tutmuş, günümüzdə də qüvvədə olan qeyri-etik fəlsəfi suallar verən Piter Singerə qədər bütün filosoflar haqda maraqlı və qısa hekayələr təqdim edir.
Uarburton, sadəcə, fəlsəfəni əlçatan etməklə kifayətlənmir, həmçinin Sokrat ənənələrinə uyğun şəkildə düşünməyi, etiraz etməyi, əsaslandırmağı və nəticə çıxarmağı təklif edir. “Fəlsəfənin qısa tarixi” fəlsəfi dərketmə istiqamətində araşdırmalara geniş nəzər salır və hər kəsə müzakirəyə qatılmağı təklif edir.
ISBN:
2000052007963
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Nigel Warburton
Количество страниц:
224
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 4
Fəlsəfəyə həmişə marağım olub, amma bu kitab çox aydın və başa düşülən idi. Çətin fəlsəfi fikirləri sadə dillə izah edib, oxuduqca həm öyrənirsən, həm də düşüncələrin inkişaf edir. Fəlsəfəyə yeni başlayanlar üçün də mükəmməl girişdir. İstənilən fəlsəfə həvəskarına tövsiyə edirəm.
Bu kitab mənim üçün fəlsəfənin qısa tarixini dərinliklə anlamağımda ən yaxşı yol oldu. Warburtonun yazı üslubu çox aydın və anlaşıqlıdır.
Fəlsəfəyə yeni başlayanlar üçün çox yaxşı bir kitabdır
Fəlsəfə ilə bağlı dünyagörüşü artırmaq və ilkin biliklərə sahib olmaq üçün maraqlı, oxunaqlı və asan başa düşülən kitabdır. Bunu oxuduqdan sonra digər fəlsəfə kitablarına keçmək olar.
Похожие товары
Покупают вместе