Makiavellini müasir siyasi fəlsəfənin və politologiyanın
atası adlandırırlar. O, Florensiya
hökumətində bir neçə vəzifə tutub. Ən mühümü
respublikanın diplomatiya dəftərxanasının
katibidir. Əsas əsəri “Hökmdar” hesab olunur.
Ancaq siyasi baxışları “Florensiyanın tarixi”
əsərində daha yaxşı əks olunub. Burada daha
çox respublika ideyalarının tərəfdarı kimi çıxış
edir.
Makiavelli “Hökmdar” əsərində siyasətin
həmişə yalanla, satqınlıqla və cinayətlə müşayiət
olunduğunu yazır. Təbii, əsər birmənalı
qarşılanmayıb. Bəziləri bunu pis hökmdarlara
kinli münasibət hesab edir. Bəziləri isə tiranlara
öz hakimiyyətini qorumaq üçün verilən məsləhət
sayır. Bütün hallarda bu əsər hökmdarlarla
bağlı ən mükəmməl əsərlərdəndir.
Əlinizdəki kitabda italiyalı mütəfəkkir, siyasi
xadim, filosof, yazıçı, hərbi-nəzəri əsərlərin
müəllifi Nikolo Makiavelli haqqında ən vacib
məlumatları əldə edəcəksiniz.
ISBN:
9789952383973
Жанр:
Bioqrafiya
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Pol Stretern
Количество страниц:
96
язык:
Азербайджанский
Серия:
90 dəqiqə
Метка:
Ekspress
Отзывы о товаре 1
Kuryerin xidmətini 5 ulduzla qiymətləndirdim. Sag olsun kitablarimi qapima kimi gətirdi.
Похожие товары
Покупают вместе