Ваша корзина пуста

Millətlər niyə tənəzzül edir

Рейтинг товара:
(1)
Добавить в избранное
Издательство: Qanun Nəşriyyatı
В наличии

ru_delivery.png

Доставляем заказы в Баку, регионы Азербайджана и страны мира!
​При заказе от 30 манат, доставка по Баку бесплатно. По регионам Азербайджана, независимо от суммы заказа - доставка бесплатно.
Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabı son dövrlərin ən mühüm siyasi-iqtisadi bestsellerlərindən biridir və öz əhəmiyyətinə görə Semyuel Hantinqtonun, Cared Daymondun və Frensis Fukuyamanın tədqiqatlarına bərabər tutulur. Müəlliflər əsrlər boyunca tarixçiləri, iqtisadçıları və filosofları narahat edən bir suala cavab axtarırlar: dünyadakı ədalətsizliyin kökü nədədir? Niyə dünyamızın zənginliyi və sərvətləri ayrı-ayrı ölkələr və regionlara görə bərabər paylanmayıb? Bu suala bütün dövrlərə aid və qeyri-adi dərəcədə geniş tarixi materiallardan istifadə edilərək cavab verilir. Bu kitabı siyasi-iqtisadi fikirlərin əsl ensiklopediyası saymaq olar.
Niyə bəzi ölkələr inkişaf edərək zəngin olur, digərləri isə daim tənəzzül və yoxsulluq içində çırpınır? Bu nədən asılıdır? Görəsən, Afrikanın yoxsul ölkələri bir gün, məsələn, İngiltərəni müstəmləkəyə çevirə bilərmi? Gücün, hakimiyyətin və inkişafın sirri nədədir? Bu suala müxtəlif cavablar verilir. Bəziləri zənginlik və yoxsulluğun meydana gəlməsində coğrafi şəraiti və iqlimi, digərləri milli, dini və kultural xüsusiyyətləri əsas amil sayır. Lakin eyni iqlim qurşağında yerləşsələr də, inkişaf səviyyəsi müxtəlif olan ölkələr çoxdur. Bəs, nə üçün eyni mədəniyyətə, eyni dəyərlərə sahib olan, lakin həyat standartlarına görə kəskin fərqlənən ölkələr mövcuddur? Deməli, məsələyə başqa cür yanaşmaq lazımdır.
Müəlliflər “Niyə bəzi ölkələr zəngin, digərləri yoxsuldur?” şək­lin­də bir sual irəli sürüb, quldar cəmiyyətlər, feodalizm, müstəm­ləkəçilik, kapitalizm və sosializm haqqında geniş məlumatlar verərək maraqlı və düşündürücü bir tədqiqata başlayırlar.
Sənaye İnqilabı niyə Bolqarıstanda deyil, İngiltərədə başladı?
“Qara Ölüm” adlanan Vəba krallara, mülkədarlara, təhkimli kəndlilərə necə təsir etdi?
Cəmiyyətlərdə elita ilə aşağı təbəqələr arasında dəyişən və dəyiş­məyən əlaqələr hansılardır?
Bu suallara cavab tapmaq istəyirsinizsə, “Millətlər niyə tənəzzül edir” kitabını mütləq oxuyun. Oxuyun ki, dünyaya baxışınız dəyişsin.
Код товара: 2001269724636
Метка: Bestseller
Жанр: Psixologiya, özünüinkişaf
Издательство: Qanun Nəşriyyatı
Переплёт: Мягкий
Вес, гр: 500
Автор: Daron Acemoglu. James A.Robinson
Количество страниц: 560
язык: Азербайджанский

комментарии1

Ela kitabdi! Hamiya meslehet gorurem
Купить в один клик (Только для заказов по Баку)