Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Millətlər niyə tənəzzül edir

Artikul: 2000052727960
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
12.79 AZN
15.99 AZN
Qənaət 3.20 AZN
Onlayna özəl qiymət

Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabı son dövrlərin ən mühüm siyasi-iqtisadi bestsellerlərindən biridir və öz əhəmiyyətinə görə Semyuel Hantinqtonun, Cared Daymondun və Frensis Fukuyamanın tədqiqatlarına bərabər tutulur.  milletler niye tenezzul edir

Mövcud deyil0
Daron Acemoğlu və Ceyms Robinsonun “Millətlər niyə tənəzzül edir” kitabı son dövrlərin ən mühüm siyasi-iqtisadi bestsellerlərindən biridir və öz əhəmiyyətinə görə Semyuel Hantinqtonun, Cared Daymondun və Frensis Fukuyamanın tədqiqatlarına bərabər tutulur. Müəlliflər əsrlər boyunca tarixçiləri, iqtisadçıları və filosofları narahat edən bir suala cavab axtarırlar: dünyadakı ədalətsizliyin kökü nədədir? Niyə dünyamızın zənginliyi və sərvətləri ayrı-ayrı ölkələr və regionlara görə bərabər paylanmayıb? Bu suala bütün dövrlərə aid və qeyri-adi dərəcədə geniş tarixi materiallardan istifadə edilərək cavab verilir. Bu kitabı siyasi-iqtisadi fikirlərin əsl ensiklopediyası saymaq olar.
Niyə bəzi ölkələr inkişaf edərək zəngin olur, digərləri isə daim tənəzzül və yoxsulluq içində çırpınır? Bu nədən asılıdır? Görəsən, Afrikanın yoxsul ölkələri bir gün, məsələn, İngiltərəni müstəmləkəyə çevirə bilərmi? Gücün, hakimiyyətin və inkişafın sirri nədədir? Bu suala müxtəlif cavablar verilir. Bəziləri zənginlik və yoxsulluğun meydana gəlməsində coğrafi şəraiti və iqlimi, digərləri milli, dini və kultural xüsusiyyətləri əsas amil sayır. Lakin eyni iqlim qurşağında yerləşsələr də, inkişaf səviyyəsi müxtəlif olan ölkələr çoxdur. Bəs, nə üçün eyni mədəniyyətə, eyni dəyərlərə sahib olan, lakin həyat standartlarına görə kəskin fərqlənən ölkələr mövcuddur? Deməli, məsələyə başqa cür yanaşmaq lazımdır.
Müəlliflər “Niyə bəzi ölkələr zəngin, digərləri yoxsuldur?” şək­lin­də bir sual irəli sürüb, quldar cəmiyyətlər, feodalizm, müstəm­ləkəçilik, kapitalizm və sosializm haqqında geniş məlumatlar verərək maraqlı və düşündürücü bir tədqiqata başlayırlar.
Sənaye İnqilabı niyə Bolqarıstanda deyil, İngiltərədə başladı?
“Qara Ölüm” adlanan Vəba krallara, mülkədarlara, təhkimli kəndlilərə necə təsir etdi?
Cəmiyyətlərdə elita ilə aşağı təbəqələr arasında dəyişən və dəyiş­məyən əlaqələr hansılardır?
Bu suallara cavab tapmaq istəyirsinizsə, “Millətlər niyə tənəzzül edir” kitabını mütləq oxuyun. Oxuyun ki, dünyaya baxışınız dəyişsin.
ISBN:
2000052727960
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Daron Acemoglu. James A.Robinson
Səhifə sayı:
560
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Çəki, g:
500
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 4
EV
Elməddin Valehoğlu
29.08.2024 в 16:47
Millətlər niyə tənəzzül edir
Bu kitab tarixin müxtəlif dönəmlərində millətlərin necə yüksəldiyini və tənəzzülə uğradığını dərindən araşdırır. Müəllifin hərtərəfli araşdırmaları və təhlilləri sayəsində dünyanın müxtəlif ölkələrinin tarixini və iqtisadi inkişafını anlamaq mümkündür. Kitabı oxuduqdan sonra dünyaya daha geniş perspektivdən baxmağa başlayırsınız. Tarixi, iqtisadiyyatı və siyasəti dərindən öyrənmək istəyənlər üçün bu kitab əvəzolunmazdır.
XS
Xamisov Sadəddin
23.07.2024 в 23:11
Kitabda o qədər maraqlı fikirlər var ki, oxuduqca adamın başı açılır. Dost-tanışa məsləhət gördüm, hamısı razı qaldı. Almağı düşünənlərə də deyirəm, oxumağa dəyər!
MU
Murad
11.03.2024 в 10:07
Dünyagörüşünüzü artırmaq üçün mütləq oxuyun.
LE
Leyla
24.01.2019 в 15:34
Ela kitabdi! Hamiya meslehet gorurem
5 / 5
5 ulduz 4 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
11.19 AZN 13.99 AZN
Sağlam cəmiyyət
ədəd
8.79 AZN 10.99 AZN
Yeni dünya
ədəd
4.80 AZN 6 AZN
Zəngin olmaq elmi
ədəd
3.99 AZN 4.99 AZN
Yeni bir dəqiqəlik menecer
ədəd
4.79 AZN 5.99 AZN
Yatağını düzəlt
ədəd
7.99 AZN 9.99 AZN
Dahiliyə aparan yol 2-ci kitab
ədəd
9.52 AZN 11.90 AZN
Heç vaxt tək yemə
ədəd
Bununla birlikdə alırlar
4.79 AZN 5.99 AZN
Həyat mozaikasının beş əsas fraqmenti
ədəd
3.99 AZN 4.99 AZN
101 satış
ədəd
7.99 AZN 9.99 AZN
İndinin gücü
ədəd
20.79 AZN 25.99 AZN
Kapital XXI əsrdə
ədəd
11.19 AZN 13.99 AZN
Sağlam cəmiyyət
ədəd
4.79 AZN 5.99 AZN
Yatağını düzəlt
ədəd