Monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan filmlərində sənətkarlıq məsələləri, Qarabağ münaqişəsinin bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi problemlər araşdırılır. Müstəqillik illərində Azərbaycanda çəkilmiş, demək olar ki, bütün kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda az qala hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, aktyorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir. Əsər müstəqillik dövrü Azərbaycan kinosunun "Yarasa", "Güllələnmə təxirə salınır", "Sonuncu dərviş", "Ovsunçu", "Qisas almadan ölmə", "Haray", "Yaddaş", "Fəryad", "Hər şey yaxşılığa doğru", "Yalan", "Əlvida, cənub şəhəri", "Arxada qalmış gələcək", "Dolu", "Nabat" və daha neçə-neçə nümunələri əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.
ISBN:
9789952513837
Жанр:
İncəsənət
Издательство:
Teas Press
Переплёт:
Yumşaq
Автор:
Aydın Dadaşov
Количество страниц:
276
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре
Здесь еще никто не оставлял отзывы. Будьте первым!
Похожие товары
Покупают вместе