Polşa pianoçusu və bəstəkarı, simfonik əsərlərin və minə qədər mahnı musiqisinin müəllifi Vladislav Şpilmanın (1911-2000) qələmə aldığı “Pianoçu” əsərində müəllifin II Dünya müharibəsi illərindəki yaşantıları əksini tapıb.
Müharibədən əvvəl Varşava radiosunda çalışan Şpilman ailəsi ilə birlikdə gettoya köçürülür. 1942-ci ildə o, atası və bacısı ilə birlikdə fiziki əməyə yararsız olduğuna görə Treblinka ölüm düşərgəsinə göndərilməli idi. Qatar yola düşmək ərəfəsində yəhudi polislərdən biri Şpilmanı xilasedir.
O, müharibənin sonuna qədər gizlənərək yaşayır. Varşava üsyanının, gettonun məhvinin, şəhərin necə dağıdılmasının şahidi olur və müharibədən sonra xatirələri əsasında memuarlarını yazır.
“Pianoçu” ilk dəfə 1946-cı ildə nəşr olunur. 2002-ci ildə rejissor Roman Polanski kitabın əsasında “Pianoçu” filmini çəkir.
“Pianoçu” kitabı indiyədək 38 dilə tərcümə olunub.
ISBN:
9789952243789
Жанр:
Klassika
Издательство:
Altun Kitab
Переплёт:
Yumşaq
Автор:
Vladislav Şpilman
Количество страниц:
224
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 2
Həqiqətən müharibədə qazanan yoxdur...
kitab 2 ci dünya müharibəsində bir pianoçu olan vladislav şpilmanın yaşadıqlarından bəhs edir süper kitabdır həqiqətən. xüsusəndə insan biləndəki kitabda yazılanların hamısı real hadisədir yəni yaşanılıb onda oxucu dahada təsirlənir. hətta filmidə var izləyə bilərsiniz amma oxumağınızı şiddətlə tövsiyyə görürəm.
Похожие товары
Покупают вместе