Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина
−20%

Qızıl ev

Издательство: Qanun Nəşriyyatı
Автор: Salman Rushdie
Артикул: 9789952384949
Единица измерения: шт
14.39 AZN
17.99 AZN
Экономия 3.60 AZN
Специальная онлайн-цена
В наличии

Salman Rüşdinin "Qızıl ev" əsərində Barak Obamanın inaqurasiya günündə uzaq sahillərdən
müəmmalı bir milyarder gəlir. O, Nyu-Yorkun “Bağlar” icmasının
memarlıq incisində məskunlaşır. Bu məhəllə qabarcıq içində qabarcıqdır.
Yeni, ekssentrik ailə dərhal sakinlərin marağına səbəb
olur. Ləhcəsi hiss olunmayan və şübhəsiz təhlükə təəssüratı oyadan
qeyri-adi Neron Qolden özü ilə birlikdə üç yetkin oğlunu da
gətirib: aqorafob, alkoqolik Petya beyninin əzab verdiyi dahidir,
Apu iyirmi məhəllədə məşhur, seksual və mənəvi doyumsuzluq
içində olan parlaq sənətkardır, D isə ailənin iyirmi iki yaşlı sonbeşiyidir,
özündən belə gizlədiyi sirlərlə doludur.
Qolden dünyasına bələdçimiz onların qonşusu, iddialı gənc
rejissor Renedir. O, Qoldenlər haqqında filminin araşdırması
üçün onların evinə, ailəsinə daxil olur. Bu ailənin mistikasından
ovsunlanan Rene qeyri-ixtiyari onların mübahisələrində, xəyanətlərində,
hətta cinayətlərində yaxından iştirak edir. Bu arada ən pis
zarafatlarda olduğu kimi, əsl komiks qəhrəmanı prezident seçkilərində
iştirak edərək Nyu-Yorkun altını üstünə gətirir.
Müasir Amerika mədəniyyəti və siyasəti fonunda irəliləyən
bu əsər həm də Salman Rüşdinin realizmə qayıdışını təmsil edir.
Nəticədə bunu əsl sevgi və terror, itki və özünükəşf dastanı adlandırmaq
olar.

 

 

Mənə bir mis qəpik ver, sənə bir qızıl əhvalat danışım.
– Qədim Romada küçə hekayəçilərinin deyimlərindən.
Plini tərəfindən sitat gətirilib.
Bizim əsrimiz mahiyyətcə faciəvidir, ona görə də onu faciəvi
qəbul etməkdən imtina edirik. Kataklizm baş verib, xarabalıqlar
içindəyik, yeni kiçik məskənlər qurmağa, yeni kiçik ümidlər
bəsləməyə başlamışıq. Bu, kifayət qədər çətin işdir: artıq gələcəyə
aparan hamar yol yoxdur: amma biz maneələrin yanından ötür,
ya da üstündən keçirik. Başımıza nə gəlirsə gəlsin, biz yaşamağa
məcburuq.
– D.H.Lourens “Ledi Çatterleyin sevgilisi”


Həyatın təxəyyülü bizimkindən daha genişdir.
– Fransua Trüffo

ISBN:
9789952384949
Жанр:
Roman
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Salman Rushdie
Количество страниц:
440
язык:
Азербайджанский
Метка:
Ekspress
Отзывы о товаре 11
EL
Elşən

Əli və Ninodan aldığım kitab həm keyfiyyətli, həm də çox maraqlı idi. Hər dəfə buradan alış-veriş edirəm.

İN
İnci

Maraqlı əsərdir 👍

MU
Murad

Hər şey çox asan və sürətli oldu. Kitab təsvirə tam uyğun gəldi. Çox razı qaldım!

Südabə
Kitabların seçimi çox genişdir və çatdırılma çox sürətlidir. Ali və Nino-da alış-veriş etmək çox rahatdır. Bu kitabım qısa vaxtda çatdırıldı, çox sağ olun.
DC
Dürdanə Cəfərli
Bu kitabı oxuduqca özümü hekayənin içində hiss etdim. Çox təsirli idi. 👍👍👍👍
5 / 5
5 звёзд 11 4 звезды 0 3 звезды 0 2 звезды 0 1 звезда 0 Без оценки 0
Похожие товары
7.19 AZN 8.99 AZN
Albalının cinsiyyəti
шт
13.59 AZN 16.99 AZN
Amerikan çirki
шт
11.99 AZN 14.99 AZN
Kirpinin zərifliyi
шт
7.99 AZN 9.99 AZN
Yaşasın fikus!
шт
11.19 AZN 13.99 AZN
Hələbli arıçı
шт
14.39 AZN 17.99 AZN
Kor qatil
шт
Покупают вместе
12.72 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
шт