www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Salman Rüşdinin "Qızıl ev" əsərində Barak Obamanın inaqurasiya günündə uzaq sahillərdən
müəmmalı bir milyarder gəlir. O, Nyu-Yorkun “Bağlar” icmasının
memarlıq incisində məskunlaşır. Bu məhəllə qabarcıq içində qabarcıqdır.
Yeni, ekssentrik ailə dərhal sakinlərin marağına səbəb
olur. Ləhcəsi hiss olunmayan və şübhəsiz təhlükə təəssüratı oyadan
qeyri-adi Neron Qolden özü ilə birlikdə üç yetkin oğlunu da
gətirib: aqorafob, alkoqolik Petya beyninin əzab verdiyi dahidir,
Apu iyirmi məhəllədə məşhur, seksual və mənəvi doyumsuzluq
içində olan parlaq sənətkardır, D isə ailənin iyirmi iki yaşlı sonbeşiyidir,
özündən belə gizlədiyi sirlərlə doludur.
Qolden dünyasına bələdçimiz onların qonşusu, iddialı gənc
rejissor Renedir. O, Qoldenlər haqqında filminin araşdırması
üçün onların evinə, ailəsinə daxil olur. Bu ailənin mistikasından
ovsunlanan Rene qeyri-ixtiyari onların mübahisələrində, xəyanətlərində,
hətta cinayətlərində yaxından iştirak edir. Bu arada ən pis
zarafatlarda olduğu kimi, əsl komiks qəhrəmanı prezident seçkilərində
iştirak edərək Nyu-Yorkun altını üstünə gətirir.
Müasir Amerika mədəniyyəti və siyasəti fonunda irəliləyən
bu əsər həm də Salman Rüşdinin realizmə qayıdışını təmsil edir.
Nəticədə bunu əsl sevgi və terror, itki və özünükəşf dastanı adlandırmaq
olar.
Mənə bir mis qəpik ver, sənə bir qızıl əhvalat danışım.
– Qədim Romada küçə hekayəçilərinin deyimlərindən.
Plini tərəfindən sitat gətirilib.
Bizim əsrimiz mahiyyətcə faciəvidir, ona görə də onu faciəvi
qəbul etməkdən imtina edirik. Kataklizm baş verib, xarabalıqlar
içindəyik, yeni kiçik məskənlər qurmağa, yeni kiçik ümidlər
bəsləməyə başlamışıq. Bu, kifayət qədər çətin işdir: artıq gələcəyə
aparan hamar yol yoxdur: amma biz maneələrin yanından ötür,
ya da üstündən keçirik. Başımıza nə gəlirsə gəlsin, biz yaşamağa
məcburuq.
– D.H.Lourens “Ledi Çatterleyin sevgilisi”
Həyatın təxəyyülü bizimkindən daha genişdir.
– Fransua Trüffo
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər7