Qərb fəlsəfəsinin yaradıcılarından sayılan Sokrat Yunanıstanın ilk filosofu olub. Müdrik insan kimi şöhrət qazanan filosof mübahisə ustası olub. Çəkişmələrdə ona heç kəs qalib gələ bilməyib. Fəlsəfənin istiqamətini dünya və təbiətin dərkindən insanın araşdırılmasına yönəldib. Onun haqqında yalnız şagirdlərinin, müasirlərinin və davamçılarının xatirələrindən öyrənmək mümkündür. Yazılı heç nəyi qalmayıb. Sağlığında mülahizələrini yazmayıb. Həqiqətləri şifahi söyləməyə üstünlük verib. Filosofa görə, yazıda söz yaddaşı öldürür və mahiyyəti itirir. Sokratın fəlsəfəsi etika, xeyirxahlıq və yaxşılıq əsasında qurulub. İnsan bu elmə biliyi, cəsurluğu və doğruluğu sayəsində nail olur. Sokrat görə, hər adamda günəş var, ona işıqlandırmaq imkanı verilməlidir.
Əlinizdəki kitabdan böyük mütəfəkkir haqqında daha müfəssəl məlumat əldə edə bilərsiniz.
ISBN:
9789952383768
Жанр:
Fəlsəfə
Издательство:
Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Pol Stretern
Количество страниц:
72
язык:
Азербайджанский
Серия:
90 dəqiqə
Метка:
Ekspress
Отзывы о товаре 3
Azərbaycan dilində kitab oxumaq mənim üçün çox rahatdır və məlumatları daha yaxşı qavrayıram. Sizdə, sağ olun ki, belə kitabları tərcümə edirsiniz.
Təqdirəlayiqdi✨
90 dəqiqə seriyasından olan Sokrat haqqında kitabın ana dilimizə tərcümə olunmasını çoxdandır ki gözləyirdim.İndidə səbirsizliklə gözləyirəmki kitab satışa çıxsın.Ön sifarişimi etmişəm ki,tez kitabı alım oxuyum
Похожие товары
Покупают вместе