“Svann yolunda” avtobioqrafik roman olmasa da, Marsel Prust özünün kiçik yaşlı qəhrəmanı ilə birlikdə vaxtaşırı qədim dədə-baba yurdu Kombreyə və oradan da bir-birinə əks iki səmtə, iki ayrı-ayrı aləmə əyani-qiyabi səyahətlərə çıxmaqla haradasa həm də “itirilmiş zamanın sorağına” çıxır və hər yerdə – istər öz otağında, ya bir küçədə, kilsədə, çəmənlikdə, çay sahilində, istərsə də hər şeydə – bir fincan çayda, bir tikə piroqda, axar suda, gül-çiçək qoxusunda, şah əsəri qarşısında, hətta röyalarında elə hey nəsə axtarır; özü də hamı tərəfindən qəbul edilmiş səciyyəvi məziyyətlər, “ütülənmiş” dəyərlər – “ifrat sığallı” bağ-bağat, “aşırı tumarlı” məhəbbət, “hədsiz dürüst” qadın siması onu çox da maraqlandırmır: çünki Əlahəzrət Həqiqət mövcud, oturuşmuş Gerçəklikdə deyil, asimmetrik gerçəklərin arxasında gizlənir; özünün, əcdadlarının əlindən alınmış Zamanı da onların arxasında axtarmaq gərəkdir – “İtirilmiş Zamanı” geri almaq, əsl Həqiqətə qovuşmaq yolunda yüzillər, minillər qabaq bəlli simaların uydurduğu hansısa başqa dünyaya can atmaq isə hədər vaxt itkisindən savayı bir şey deyil...
ISBN:
2001269804635
Жанр:
Klassika
Издательство:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Переплёт:
Yumşaq
Автор:
Marcel Proust
Количество страниц:
280
язык:
Азербайджанский
Серия:
Qırmızı Klassika
Метка:
Ekspress
Отзывы о товаре 2
Düzünü desəm, tərcümədən bu qədər məmnun qalacağımı gözləmirdim. Cümlələr çox təbii alınıb, əsərin əsas ideyasını çox gözəl çatdırır.
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı halal olsun sizə!
Ən fərqli kitabları sizdən əldə edə bilirəm.
Ən fərqli kitabları sizdən əldə edə bilirəm.
Похожие товары
Покупают вместе