Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Şəbnəmin sevimli kitabları

Çevrəmi itirib özümü tapqdıqdan sonra kitablarla dostuluğumuz daha da irəlilədi.

Anladım ki, sadəcə kitablarla yaxşı yola gedən insanlarla bir mühitdə olmaq məni xoşbəxt edəcək və ölkədəki ən gözəl kitab mağazasına ardıcıl müraciətlərim sayəsində sevdiyim işdə sevdiyim nəsnələrin əhatəsində hər gün xoşbəxt günümü başa vurdum. Burada öz səhifəmdən olan təhlillər yer alır. Ona görə öz subyektiv fikrimlə yanaşı kitabla bağlı obyektivləşmiş fikirlər də var.

Ümid edirəm, sizə bir məsləhətçi olaraq bu bloq üzərindən də kömək olaram.

Məni İnstagram üzərindən də izləyə bilərsiniz. Səhifəm: shablogical

 

Min möhtəşəm günəş (Xalid Hüseyni)

Kitabda bir çox məsələ işıqlandırılmışdır:
1. Müsəlmanların bir qisminin cəhaləti;
2. İnsan hüquqlarının, daha doğrusu, qadın hüquqlarının tapdalanması;
3. Din adı altında Taliban zülmü;
4. Müharibənin törətdiyi fəlakətlər(kütləvi qırğınlar və mədəniyyət abidələrinin dağıdılması);
5. Aktual şiddət (sonuncu Taliban zülmünə nəzərən)
və s.

Roman boyunca qız, qadın müxtəlif yaş dövrlərində əzilir. Bunu ayrı-ayrı obrazların timsalında görmək mümkündür.
Əminliklə deyə bilərəm ki, çox qısa müddətə kitabı bitirəcəksiniz.

 

 

 

1984 (Corc Oruel)

*Niyə oxumalısan?
- Tarixdən bu günə qeydə alınan, hər dövr üçün öz aktuallığını qoruyub saxlamağı bacaran, kiçik və böyük bütün sosial siniflərə aid əsərlərdən biridir. 1947- ci ildə C. Oruel romanı yazmağa başladığı zaman həyat yoldaşını itirmiş və vəba xəstəliyinə tutularaq xəstəxana yatmışdır. 1948- ci ildə romanı tamamlamış və qarşı olduğu totalitar rejimin, həmçinin, siyasi fikirlərinin üstüörtülü şəkildə yayınlanmasını istədiyi üçün romanın adını "1984" olaraq dəyişmişdir.
Kitabın satışı və oxunması bir neçə il öncə Amerika və İngiltərədə qadağan edilmişdi. Bir çox tənqidçilərin fikrinə görə Y. Zamyatinin 1920-ci ildə yazmağa başladığı yeganə romanı "Biz"ə əsaslanmışdır.

Romanda diqqətimi çəkən məsələlər :
1. Utopik dünya və idealogiya vasitəsiylə real dünyamızın təsviri
2. İnsanların emosiyalarının robotlaşması (cinsi faktorlar daxil olmaqla)
3. Tarixin dəyişməsi (həqiqətin)
4. Düşüncənin idarə olunması
5. Sürü psixologiyası
6. Panoptikon nəzəriyyəsi (Jeremy Benthan tərəfindən hazırlanan həbsxana inşa modeli)
7. Dünyanı idarə edən 3 dövlət (1. Okeaniya - Amerika, Avstraliya, İngiltərə ; 2. Avrasiya - Avropa və SSRİ; 3. Şərqi Asiya - Yaponiya, Koreya, Çin və Şimali Hindistan)
8. "Böyük Qardaş" ideyası fikrimdə Stalin və Hitlerin prototipi kimi canlandı.

 

 

 

Kendine ait bir oda (Virginia Woolf)

*Niyə oxumalısan?
- Uzun illərdir ki, feminizmlə bağlı süjetli və süjetsiz əsərlər qələmə alınır.Qadın hüquqlarının bu qədər aydın və emosional qələmə alındığı çox az kitab var. Müəllifin bizə izah etmək istədiyi günümüzdə bəsit bildiyimiz, lakin həmin zamanlarda daha dərin və səmimi olsam, hətta, indi də aktual bəzi nüansları fərq etdiyim qədəriylə sizin üçün qeyd edirəm :

1. Kitabda qadının ədəbiyyatdakı yeri onun öz otağı və pulunun olması ilə əlaqələnir.

2. Qadınların kitabxanaya xüsusi sənəd və ya tədris müəssisələrindən məsul şəxslə girişinə icazə verildiyini oxuyuruq.
3. Ədəbiyyat və sənət cinsiyyətə görə bölünür.Qadınların bu kimi sahələrdə öz qabiliyyətlərini göstərə bilməmələri üçün şans çox azdır.

4. Kitabda kişilərin bütün sahələr üzərində hakimiyyətindən bəhs edilir.