Книги на азербайджанском языке
Книги на азербайджанском языке
Книги на русском языке
Книги на русском языке
Поиск
Контакты
Доставляем 7 дней в неделю с 9:00 до 20:00.
Профиль
Профиль
Избранное
Избранное
Корзина
Корзина

Yayda oxunacaq 20 ən yaxşı kitab

Çoxumuz yay tətilinə hazırlaşarkən çantamıza ən azı 2-3 kitab da əlavə etməyi mütləq bilirik. 

Qızmar yay günlərində sərin və gözəl təbiətin qoydunda quşların nəğməsi ilə, yaxud mavi dənizin sahilində uzanaraq kitab oxumaqdan daha gözəl nə ola bilər ki?

Bəs yay tətilində necə kitablar oxumaq faydalıdır?

Mütaliəsiz istirahət düşünə bilməyənlərin bir qismi tətil zamanı daha çox romantik, macəra dolu, insanı uzaq dünyalara aparan, xatirələrə daldıran kitabları seçirlər.

Bir qisim isə daha çox onlara motivasiya verən, müsbət əhvala kökləyən, inam və güc verən enerji dolu kitablara üstünlük verir.

 

Elə isə yaxın əyləşin, sizə yay istirahətində oxumaqdan həzz alacağınız 20 möhtəşəm kitab tövsiyəmiz var!

 

 

1. Luiza L.Hey - Özünü sev

“Özünü sev, həyatını yaxşılaşdır” kitabı hamıya və hər kəsə ünvanlanıb. Həyatda qarşılaşdığımız problemlərin həlli, daxili dəyişiklik, özünəinam hissinin formalaşması və sair kimi məsələlərdə hər birimizə dəstək verməyə çalışan müəllif öz həyat təcrübəsindən çıxış edərək bizləri daha inamlı olmağa və öz şəxsi səadətimiz uğrunda daha əzmlə mübarizə aparmağa çağırır.

Louise L. Hay 8 oktyabr 1926-cı ildə Kaliforniyada anadan olub. Orta yaşda tutduğu xərçəng xəstəliyini daxili gücü ilə sağaltdı. Tələbələri həmişə onun metodlarına əsaslanıblar. O, bu sahədə kitablar yazıb. O, başqalarını da öyrətdi və dünyada sayılıb-seçilən fərdi inkişaf mütəxəssislərindən biri olmağa müvəffəq oldu. 1980-ci illərdən bəri Louise L. Hay bütün dünyada özünü və həyatının hər tərəfini sağaltmaq üçün hərəkatın qabaqcıllarından biri olmuşdur. Müəllifin şəxsi inkişaf sahəsində yazdığı kitabların satış rəqəmi bir milyonu ötüb. Louise Hay House adlı bir şirkət qurdu. O, bu firmanı ilk olaraq qonaq otağında qurdu və tez bir zamanda məşhur müəlliflərin və ekspertlərin kitablarını nəşr edən çox uğurlu bir şirkətə çevrildi. Müəllif 81 yaşında öz filmini çəkdi. Müəllif 89 yaşına qədər San Dieqoda bağçılıq və rəqslə maraqlanıb. O, 30 avqust 2017-ci ildə Kaliforniyada vəfat edib.

 

 

2. Sem Horn - Tongue Fu! Sözlə döyüş sənəti

“Tongue Fu! – Sözlə döyüş sənəti” kitabı insanları danışmazdan əvvəl
düşünməyə çağırır. Bu, çox önəmlidir. Müəllif deyir ki, həm öz əsəblərinizi, həm də digər inasanlarla olan yaxşı münasibətinizi qorumaq baxımından bu, olduqca əhəmiyyətlidir. 
Kitabda yaxşı ünsiyyət qurmaq bacarıqları real həyatdan götürülmüş
müxtəlif nümunələr əsasında izah edilir.

 

 

3. Ceyn Ostin - Emma

33 yaşında tamamladığı "Emma" romanını Ceyn Ostin özünün ən sevimli əsəri olaraq qiymətləndirir. 

Əyalət qəsəbəsində üç gənc qızın "əsl sevgi" axtarışından bəhs edən roman, 
bir tərəfdən insan təbiətinin zəifliklərini, digər tərəfdən isə 19-cu əsr ingilis cəmiyyətinin sərt və ikiüzlü ənənələrini ələ salır.
Romandakı hadisələr varlı mülkədar Vudhausun Emma adlı qızının ətrafında cərəyan edir.
Bu hekayətin kifayət qədər tipik olmayan qəhrəmanı kasıb deyil, onun hər şeyi var – yaxşı evi, sevən atası, var-dövləti, – yalnız əri yoxdur.
O, ümumiyyətlə, öz həyatından tam razıdır, buna görə də kiməsə vurulmaq, ərə getmək arzusu yoxdur.
Əvəzində onu əhatə edən insanların romantik hekayətlərinə qarışmağı daha çox sevir. Amma bu dəfə onun planları alt-üst olmağa məhkumdur...




4. Hal Elrod - Möcüzə səhər

Kitabın təklif etdiyi səhər ritualları on minlərlə insana həyatını dəyişdirməyə, özünü daha yaxşı hiss etməyə və daha çox şey əldə etməyə kömək edib.
Maraqlı həyat hekayəsi olan müəllif hesab edir ki, insanın bütün həyatı hər günün ilk saatını necə keçirməyindən çox asılıdır.




5. Edit Nesbit - Dəmiryolu uşaqları

Hekayə, Londondan 'Üç baca' ya, dəmir yolu yaxınlığındakı bir evə köçən bir ailə haqqındadır. Ailənin buraya köçmək səbəbi Xarici İşlər İdarəsində işləyən atanın casusluqda saxta ittiham edilərək həbs olunmasıdır. 

Uşaqlar  Roberta ("Bobbie" ləqəbi ilə), Peter və Phlislis, evlərinin yaxınlığında müntəzəm olaraq keçən qatarıyolu boyunca hər gün qaçır, əl yelləyərək qatarla atalarına salam göndərirlər.  Lakin ağıllarına belə gəlmir ki, o qatardan hər gün uşaqlara əl edən və uşaqlarla artıq dostlaşan stansiya rəisi əslində elə atalarının yoxa çıxmasına baiskardır. 

“Dəmiryolu uşaqları” bütün dövrlərin ən yaxşı klassik əsərlərindəndir. 

 

 

6. Konfutsi - Həyat bədbin olmaq üçün çox qısadır

Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə onun qədər təsir göstərmiş başqa filosof tapmaq çətindir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir.

Dahi Çin mütəfəkkiri Konfutsinin siyasi və etik görüşləri şagirdləri tərəfindən tərtib edilmiş "Lun yuy" ("Söhbətlər və mülahizələr") kitabında ifadə edilmişdir. Konfutsiçilik e.ə. II əsrdə Çində rəsmi ideologiya kimi qəbul olunmuş, dövlət dini rolunu oynamış, çinlilərin dünyagörüşünə və həyat tərzinə əsaslı təsir göstərmiş və indi də göstərməkdədir.

Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına 5-ci və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 81-ci şəxs olaraq daxil edilib.

Konfutsinin aforizmləri əxlaq və dürüstlükdən doğur. Keçmişin dərinliklərinə dalır, oradan ­­cürbəcür hikmətlər çıxarır. Ən başlıcası, pozi­tiv duyğular aşılaması, yaşamaq enerjisini artır­ma­sıdır. Hikmətli sözlər insanı ali dəyərlərin möv­cudluğuna inandırır. Bu səbəbdən yüz illərdir bəşəriyyətin yanında – onun düşüncəsində və məişətin­dədir. Günün istənilən vaxtında, istənilən işin ortasında bu kitabı açıb göz atmaq yetər­lidir ki, içinizdə bir işıq parlasın...

 

 

7. Gregory David Roberts - Şantaram

“Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biri oxuculara təqdim olunur.
Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş, Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub.  “Şantaram”ın qəhrəmanı, müəllifin özü kimi uzun illər qanundan gizlənməli olmuş, boşandıqdan sonra atalıq hüququndan məhrum edilmiş, narkotik maddələr aludəçisinə çevrilmiş, bir sıra qarətlər törətmiş və Avstraliya məhkəməsinin hökmü ilə on doqquz il həbs cəzasına məhkum edilmişdi. O, həbsinin ikinci ilində ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçaraq, bir müddət gizləndikdən sonra Bombeyə yollanır, orada fırıldaqçılarla, qaçaqmalçılarla, silah alverçiləriylə tanış olur, onlarla dostlaşır. Qısa müddət ərzində Hindistan mafiyasının aktiv iştirakçısına çevrilən Lin həm də bu ölkənin sadə və müdrik həyatını bütün çalarlarıyla sevir, onun ürək döyüntülərini hiss edib yaşadığı cəmiyyətin gizlinlərinə nüfuz etməyə çalışır. O, bütün varlığıyla bu həyatın bir parçasına çevrilərək, bütün çirkinliklər içində mənəvi təmizliyin, düşüncənin və insan olmanın simvoluna çevrilə bilir.
“Şantaram” kəskin süjeti və eyni zamanda ikinci alt qatda gizlənən fəlsəfəsiylə, xəyanəti, qətli, dostluğu, məhəbbəti, ölümü  və “həyat nədir” sualının cavabını özündə ehtiva edən şedevrdir...

 

 

8. Sesiliya Ahern - Kaş məni görə biləydin

Dünyada insanın yaralarını sağaldan, ona məlhəm kimi gələn, həyata fərqli gözlə baxmağa vadar edən sevgidən daha gözəl nə ola bilər ki?! 

Bu kitabda siz tamamilə fərqli bir dünyaya qapı açacaqsınız. Və bu qapıda sizi əsl dostluğun nələrə qadir olacağı haqda unudulmaz bir roman gözləyir. 

Kiçik bir şəhərdə yaşanan ənənəvi, adi bir sevgini hansı qüvvə bir toxunuşu ilə ecazkar, əfsunlu məhəbbətə çevirə bilər ki?

Bu, mümkündürmü?

Bəlkə də hə...

 

 

 

9. Qari Çapman - Sevginin beş dili

Sevmək çox asan olsa da həmişə sevgi ilə qalmaq əsl hünər tələb edir!

Gündəlik həyatın çətinlikləri fonunda yorulmadan, bezmədən sevginin ilk təravətini qoruyub saxlamaq üçün nə etməli?

"Sevginin beş dili" kitabı həm praktikanı təqdim edir, həm də çox dərin izlər buraxır. Kitab qarşılıqlı münasibətləri analiz edərək hər cütlük üçün lazım olan müdrik və dəyərli məsləhətlər verir.

 

 

10. Paulo Coelho - Brida

Kitab Ay Ənənəsini öyrənmək istəyən gənc irlandiyalı xanım Brida O’Fernin gerçək və qəribə həyat hekayəsidir. Romanın əsasında Koelyonun öz axtarışları ‒ həyatda özünü, öz məqsədini axtarmaq ideyası durur. Yazıçı öz qəhrəmanlarının dili ilə inam və din, cadugərlik və magiya haqqında fikirlərini bildirir, bunları ehtiraslı sevgi söhbətləri ilə oxucuya təqdim edir. Sadə və canlı bir dildə yazılmış bu əsərdə cadugərlik insan qəlbinin dili ilə danışır.

 

 

11.  50 Hekayə

Bəzən çox qısa vaxta oxuyub bitirdiyin hekayənin təsiri uzun müddət beyninə hopub qalır. Bu mənada hekayədə effektivlik ölçüyə görə deyil, məzmununa görə dəyərləndirilir.
Yaxşı hekayənin mistikası olmalıdır. O gərək oxucunu tutub saxlasın. Eyni zamanda ritmi, musiqisi duyulmalıdır. Mən ritmi olmayan heç bir yazını oxuya bilmirəm.  
Hekayədəki obrazlar çox kəskin xətlərlə fərqlənməlidir. Güclü başlanğıc kimi, gərək son da gözlənilməz olsun. Son zərbə gərək oxucunu nokauta salsın. Təsirli sonluğu olmayan hekayənin dadı tez keçər.
Kitabda müxtəlif ölkələrin yazıçılarının hekayələri toplanıb. Hər birisi fərqli bir mədəniyyətdən danışır. Yaxın qonşulardan ən uzaq ölkələrə qədər.
Ümid edirəm, bu kitab çoxlarının yaradıcılıq ilhamını oyadacaq. Zira fərqliliklər ilham mənbəyidir. 

 

 

12. Reyçel Lippinkott - Aramızda beşcə addım

Baş qəhraman Stella Qrant 6 yaşından bəri ağ ciyər çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən həyatının çox hissəsini o, xəstəxana otağına məhkum keçirmişdir. 

Digər tərəfdən, Will Newman da Stella ilə eyni taleyi bölüşür. Lakin, Stellanın əksinə, Will xəstəxanadan bir an öncə çıxmaq, dünyanı gəzmək niyyətindədir. Bunun üçün həttə müalicədən imtina edərək 18 yaşının tamam olmasını və buradan tezliklə çıxıb getməyi gözləyir. 

Əhvalat Stella və Will qarşılaşması ilə başlayır. Stella bu asi oğlanı müalicəyə razı salmağa çalışır. Amma Willin bir şərti var: Stellanın şəkillərini çəkməsinə icazə verməsi. Hər ikisi üçün təhlükəli olan bu razılaşma zamanla bir eşqi alovlandırır. Lakin, onların arasında beş addımlıq məsafənin olması şərtdir. Çünki Stella ağ ciyər transplantasiyası üçün növbəyə yazılmışdır və bu növbəni itirməmək üçün infeksiya daşıyıcısı olan hər şeydən, hər kəsdən uzaq qalmalıdır.

Bəs eşq bu qanunlara məhəl qoyacaqmı?

Yoxsa, həyatlarını oğurlayan bu xəstəlik aralarındakı məsafəni də oğurlaya biləcək?

 

 

13. Guillaume Musso - Kağız qız

Guillaume Musso Fırtınalı bir gecədə romanının qəhrəmanlarından biri yazıçını yenidən həyata qaytarmaq və onu sətirlərinə qovuşdurmaq üçün xəyal dünyasından çıxaraq real dünyaya – onun evinə qədəm basır. Və beləcə, Tom Boyd və qəhrəmanı Billi arasında gözəl və unudulmaz bir macəra başlayır.
Bir-birini xilas etmək üçün çırpınan iki ürək... Los-Ancelesdən Meksika çöllərinə qədər uzanan və Parisin kiçik bir mənzilində bitən həyəcan, kədər, sevinc və sevgi dolu bir macəra...

Robin Sharma digər kitablarında olduğu kimi “Səhər saat 5 klubu” kitabında da müasir dünyada şəxsi və iş həyatını əhatə edən çətinliklərə qalib gəlməyin, həmçinin ümidsizlik və məsuliyyətsizlik kölgəsi altına düşən istedad və bacarıqları uğura çevirməyin yolları barədə söhbət açır. Ruh düşkünlüyü, hədə-qorxu, əldə edilmiş nəticələrin itirilmə təhlükəsiylə üz-üzə qalmış, bir sözlə, müəllifin ortabablıq və adilik adlandırdığı mərhələnin bir addımlığında olan sahibkar qadın və rəssamla başlanan yolçuluğun əsas şüarı isə budur: “Zamanı dəyərləndirməklə həyatı dəyərləndir, özünü dəyərləndir, fürsətləri dəyərləndir. İnadla doğru yolla irəlilə və dünyanı xilas et”.
1928-ci ilin yayı 12 yaşlı oğlan üçün şərab hazırlanma ili idi. Yaşıl almaların, biçilmiş otların, yeni idman ayaqqabılarının ili idi. Həmin il o işıldaquşları bankaya doldurub gecələr onların işığında gün ərzində gördüklərini yazırdı. Həmin il nənəsinin dadlı yeməklər bişirdiyi il idi. Eyni zamanda bu yay kədər dolu bir yay idi. 12 yaşlı Duqlas Spauldinqin həyatının bir yayına Ray Bradbury əbədi həyat verib.
“Zəncirotu şərabı” romanına Ray Bradbury-nin avtobioqrafik romanı da demək olar. O uşaqlığını keçirdiyi şəhəri bu romanda “Yaşıl şəhər” adlandırıb. Bu romandan qabaq Ray Bradbury “Zəncirotu şərabı” adlı hekayə yazmışdı. 1953-cü ilin iyun ayında işıq üzü görən hekayəni sonralar genişləndirib roman etdi. 
İkinci Dünya müharibəsi ərəfəsində kameliyanın qalan son nadir nümunəsi – çəhrayı Middlberi kameliyası ingilislər tərə­findən gizlədilərək saxlanılır. Əsərin qəhrəmanı, amerikalı botanik Flora bu kameliyanı axtarmağa başlayır.

Sözügedən kameliya İngiltərə kraliçasının bağında belə olmur. Bu axtarışlar əsərdə müxtəlif talelərin toqquşmasına, bəzi qarşıdurmalara, cinayətlərə gətirib çıxarır.

Eddison əri Reksin ailəsi vasitəsilə təsadüfən bu kameliyanın izinə düşür və hadisələr bundan sonra daha da mürəkkəbləşir.
17. Jose Mauro de Vasconcelos - Şəkər Portağalı
Braziliya yazıçısı José Mauro de Vasconcelos-un ən məşhur əsəri “Şəkər Portağalı” avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı-acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dililə öz acı xatirələrini danışır. “Kasıb atanın oğlu olmaq ən böyük bədbəxtlikdir” –  deyən balaca Zeze yalnız öz aləmində, xəyal dünyasında xoşbəxtdir. “Şəkər Portağalı” – adi əsər deyil, həm uşaqlar, həm də valideynlər üçün gerçək həyat dərsidir.
Ömrünün 39 ilini 5-ci avenyudakı bir binada mexaniki liftdə çalışmağa həsr edən hindli Dipak sakinlərin ən məhrəm sirlərinə bələd olsa da, bunları gizli tutmağı da bacarır. Özünün də etiraf etdiyi kimi: “Onun iki imanı var: bunların biri hinduizmdirsə, digəri də nəzakətdir”.
Uzun illər öncə usta kriketçi olmasına rəğmən Dipak öz gələcək idman karyerasını daha yüksək təbəqədən olan Laliyə bəslədiyi dərin sevgiyə qurban verir, qızın ailəsinin hədə-qorxuları ucbatından gənclər okeanın o tayına – ABŞ-a qaçırlar. Ailəsini saxlamaqdan ötrü o, liftçi işləməyə razı olur və beləcə, aradan onillər keçir.
Romanın ilk səhifələrində Lalinin qardaşı oğlu Sancay gənc bir iş adamı kimi Nyu-Yorka gəlir. Burada o öz layihəsi üçün sərmayədarlar axtarır. Dipakın gecə növbəsi üzrə həmkarı Rivera pilləkəndən yıxılıb, xəstəxanaya düşəndə Sancay bir neçə günlüyə onu əvəz etməyə razı olur... və xidmət etdiyi binada Kloyenin simasında özünün məsum sevgisini tapır.
Tanınmış fransız yazarı Mark Levinin növbəti romanındakı digər maraqlı məqamlar əlinizdəki bu kitabda özünün həm real, həm də romantik əksini tapıb. Oxumağa dəyər!
ABŞ-dakı Vətəndaş müharibəsi zamanı baş verən çətinliklər, sevgi və dörd bacının sonsuz həyat hekayəsindən danışan
“Balaca qadınlar” romanı Març ailəsinin başına gələnlərdən bəhs edir. Yoxsulluq içində çapalayan Marqaret, Co, Bet və Emmi bacıları həyatın çətinliklərinə birlikdə sinə gərir, onlar bir-birinə, sevimli anaları Marmiyə möhkəm bağlıdırlar. Onlar yaşa dolduqca həyatın sınaqlarına dözür, yaxşı və pis günləri birgə yaşayır, həyatın çağırışları ilə hər biri öz yolunu tapır.

Çox səmimi bir dillə, riqqətlə yazılmış roman uşaqların da, böyüklərin də sevdiyi əsərlər seriyasındandır.
“Sevgili Con” – sevgilisini gözlə­mək­dən yorulub başqasına ərə gedən Savannanın məktubu bu sözlərlə başlayır. Bu məktub Conun qəlbini sındırır, qadınlara, sevgiyə inamını məhv edir. Amma əsl hisslər heç vaxt ölmür.
Gəncliyin səhvini xəyanət hesab etmək düzgündürmü? İllər keçir, Con və Savanna yenidən qarşılaşırlar. Ürəklərində yaşayan keçmiş məhəb­bətin qığılcımları yeni bir şövqlə odlanır. Gecdir? Xoşbəxtlik heç vaxt gec deyil.

Unutmayın, istirahət zamanı oxuyacağınız kitabların sizin beyninizi dincəldəcək olması, enerjinizi, yaşam ruhunuzu artırması və sizə müsbət emosiyalar verməsi arzuolunandır. 

Yalnız bu zaman siz həm bədəninizi həm də beyninizi istirahət etdirib yeni mövsümə ikiqat gümrah bədən və müsbətə köklənmiş aydın beyinlə başlaya bilərsiniz!

 

 

 

Müəllif: Lalə Rəhmanova

Товары, упомянутые в статье
5.76 AZN 7.20 AZN
Gençler İçin Özgüven El Kitabı
шт
8 AZN 10 AZN
Слова, которые мы не сказали
шт
8.32 AZN 10.40 AZN
Куриный бульон для души: 101 вдохновляющая история о сильных людях и удивительных судьбах
шт
8 AZN 10 AZN
Кафе на краю земли
шт
12.56 AZN 15.70 AZN
Эмма
шт
8.32 AZN 10.40 AZN
Тихие слова любви
шт
8.32 AZN 10.40 AZN
Когда я падаю во сне
шт
10.16 AZN 12.70 AZN
Скажи, что будешь помнить
шт
13.28 AZN 16.60 AZN
Aşkın De Hali
шт
20.16 AZN 25.20 AZN
Her Şey Değişir
шт
4 AZN 5 AZN
Bilinçaltının Gücü
шт
11.19 AZN 13.99 AZN
İnsanı tanımaq. Üz ifadələrindən duyğu və düşüncəni bilmək
шт
Другие публикации