ABŞ-dakı Vətəndaş müharibəsi zamanı baş verən çətinliklər, sevgi və dörd bacının sonsuz həyat hekayəsindən danışan “Balaca qadınlar” romanı Març ailəsinin başına gələnlərdən bəhs edir. Yoxsulluq içində çapalayan Marqaret, Co, Bet və Emmi bacıları həyatın çətinliklərinə birlikdə sinə gərir, onlar bir-birinə, sevimli anaları Marmiyə möhkəm bağlıdırlar. Onlar yaşa dolduqca həyatın sınaqlarına dözür, yaxşı və pis günləri birgə yaşayır, həyatın çağırışları ilə hər biri öz yolunu tapır.
Çox səmimi bir dillə, riqqətlə yazılmış roman uşaqların da, böyüklərin də sevdiyi əsərlər seriyasındandır.
Bu kitabı oxumaq mənim üçün böyük bir təcrübə oldu. Klassiklərin hikmət dolu mesajları həmişə aktuallığını qoruyur.
Dəniz
Müəllifin təsvir gücü və hekayənin dərinliyi məni tamamilə valeh etdi. Hekayə çox təsirlidir.
Türkan Cavadlı
Kitab o qədər maraqlı idi ki, bir neçə gün ərzində bitirdim. Bədii ədəbiyyatı sevənlər üçün əla seçimdir.
İlahə Vəliyeva
Kitabın qəhrəmanları çox inandırıcı və real idi. Onların həyat hekayələri məni çox təsirləndirdi.
Pəri
Möhtəşəm bir əsərdir, oxumaqdan böyük zövq aldım. Oxumağı düşünən hər kəsə düşünmədən oxumağı tövsiyə edirəm.
Camal Aslanov
Setə daxil olan bütün kitabları almışdım. Hər biri ayrı-ayrılıqda maraqlı idi.
Zaur
Balaca bacıma hədiyyə olaraq almışam. Məncə qadınlar üçün ən yaxşı hədiyyə seçimlərindən biridir.
Zirəddin
Güclü xanımlara yaraşan hədiyyə olduğunu düşündüm və 8 mart üçün hədiyyelik sifariş vermişəm.
Zeynəb Mirzəyeva
Qadının gücünü bir daha təsdiq edən mükəmməl bir romandır. Heyranlıqla oxudum, çox axıcı və təsirli dildə yazılıb . Oxumağa dəyər.
Kerim
Oxuduqca eslinde qadinlarin necede guclu oldugunu anladim.Onlarin sevgisi ve merhetini bir daha derinden hiss etdim.Qadinlarin qeyri-adi ve sarsilmaz gucleri,enerjileri varmis.
Kitab insanı alıb aparır... Oxuyursan, əlindən yerə qoya bilmirsən. Hər bölmədə yeni macəra. Çox axıcı bir xəttlə davam edir. Bitəndə insan boşluq hiss edir ki, belə kitabı bir də haradan tapacam?
Havva
Ne vaxt gələcək?😍kinosuna baxmırdım ki birinci kitabı oxuyum .Kitabında Azərbaycan nəşriyyatını tapa bilmirdim çox tez gəlsin