“Özünü sev, həyatını yaxşılaşdır” kitabı hamıya və hər kəsə ünvanlanıb. Həyatda qarşılaşdığımız problemlərin həlli, daxili dəyişiklik, özünəinam hissinin formalaşması və sair kimi məsələlərdə hər birimizə dəstək verməyə çalışan müəllif öz həyat təcrübəsindən çıxış edərək bizləri daha inamlı olmağa və öz şəxsi səadətimiz uğrunda daha əzmlə mübarizə aparmağa çağırır.
Louise L. Hay 8 oktyabr 1926-cı ildə Kaliforniyada anadan olub. Orta yaşda tutduğu xərçəng xəstəliyini daxili gücü ilə sağaltdı. Tələbələri həmişə onun metodlarına əsaslanıblar. O, bu sahədə kitablar yazıb. O, başqalarını da öyrətdi və dünyada sayılıb-seçilən fərdi inkişaf mütəxəssislərindən biri olmağa müvəffəq oldu. 1980-ci illərdən bəri Louise L. Hay bütün dünyada özünü və həyatının hər tərəfini sağaltmaq üçün hərəkatın qabaqcıllarından biri olmuşdur. Müəllifin şəxsi inkişaf sahəsində yazdığı kitabların satış rəqəmi bir milyonu ötüb. Louise Hay House adlı bir şirkət qurdu. O, bu firmanı ilk olaraq qonaq otağında qurdu və tez bir zamanda məşhur müəlliflərin və ekspertlərin kitablarını nəşr edən çox uğurlu bir şirkətə çevrildi. Müəllif 81 yaşında öz filmini çəkdi. Müəllif 89 yaşına qədər San Dieqoda bağçılıq və rəqslə maraqlanıb. O, 30 avqust 2017-ci ildə Kaliforniyada vəfat edib.
Üstünlüklər: Möhtəşəm kitabdır insan özü özü ilə yenidən tanış olur və həyata baxışı dəyişir.Tövsiyyə edirəm👍🌠
Kitab oxumaq ruhumu qidalandırır və hər hansı kitab hədiyyəsinə açığam😅
Qüsurlar: Reallıqlar
Mətni nəzərdən keçirin: Əladır
Sayalı qısası Star
Üstünlüklər: Möhtəşəm kitabdır insan özü özü ilə yenidən tanış olur və həyata baxışı dəyişir.Tövsiyyə edirəm👍🌠
Kitab oxumaq ruhumu qidalandırır və hər hansı kitab hədiyyəsinə açığam😅
Qüsurlar: Reallıqlar
Mətni nəzərdən keçirin: Əladır
Sayalı qısası Star
Üstünlüklər: Möhtəşəm kitabdır insan özü özü ilə yenidən tanış olur və həyata baxışı dəyişir.Tövsiyyə edirəm👍🌠
Kitab oxumaq ruhumu qidalandırır və hər hansı kitab hədiyyəsinə açığam😅
Qüsurlar: Reallıqlar
Mətni nəzərdən keçirin: Əladır
Sultanova Təibə
Kitabdakı tövsiyələr çox sadə və praktikdir. Özümün də dəfələrlə yaşadığım situasiyalar təsvir edilib və çıxış yolları göstərilib. Mütləq faydalanmaq gərəkdir.
Rəhim Namazlı
Kitabda özünüdərk haqqında yazılanlar mənə çox ilham verdi. Hər kəsin oxuması lazım olan bir əsərdir.
Səhər
Bu kitab mənim üçün böyük bir dönüş nöqtəsi oldu. Özümü daha yaxşı tanımağa və anlamağa başladım.
Məhbubə D.
Bu kitabı oxuyandan sonra düşüncə tərzim dəyişdi. Həyata və problemlərə daha pozitiv baxmağa başladım.
K. Minayə
Heyin kitabı məni həyat haqqında düşünməyə səsləndirdi və mənə motivasiya verdi ki, həyatımı dəyişdirə bilməyə qadirəm. Ona görə də sizə də tövsiyə edirəm.
Vəsilə Həsənova
Luiza Hey bu kitabında, insanın daxili dünyasına dair incə düşüncələrini və müşahidələrini çox gözəl ifadə edir. Kitabı oxuduqca məni özünə çəkir. Özümü inkişaf etdirmək üçün oxuduğum ən mükəmməl kitablardan biri oldu.
Almaz
Luiza Heyin kitabını oxumaq mənim həyatımı yaxşılığa doğru dəyişdirdi. Yaxşı ki, oxumuşam kitabı.
Nazilə
Mükəmməl kitabdır. Hər kəsə oxumağı tövsiyə edirəm.
Aysel
Luiza Heyin'in kitabı məni həyatın dərinliklərinə doğru bir səyahətə apardı. Onun yazarlığı mənim üçün həmişə ilham vericidir.
Sevinc Əbilova
Bu kitabı oxumaq həqiqətən bir zövq idi. Luiza Heyin'in yazım üslubu məni əhatə etdi və kitabın hər səhifəsi məni hər an maarifləndirdi.
Bahar
Kitab mənim üçün bir ilham mənbəyidir. Hər bir səhifə insan psixologiyası ilə bağlı yeni bir perspektiv açdı.
Vüsal Ağayev
Bu kitab, insanlara öz sevgi, özümüzü qəbul etmə, möhkəmliyə və həyatda müvəffəqiyyətə nail olmağa dair praktik məsləhətlər verir. Luiza Hey, kitabında özümüzü sevmənin və özümüzü qəbul etmənin həyatımızı necə dəyişdirə biləcəyini və daha xoşbəxt bir həyatın yolunu necə tapa biləcəyimizi aydınlaşdırır. Bu kitab, öz inkişafını arzulayan hər kəsin oxuması üçün dəyərlidir.
Nərgiz
Mən "Luiza Hey"in yazilarını severək oxuyuram. Bu qadının nikbin, pozitiv düşüncələri məni həqiqətəndə xoşbəxt edir.
Təranə
Çox faydalı kitabdır. Həvəslə oxudum. Oxuduqca çox lazımlı məlumatlar əldə etdim. Sizə də tövsiyə edirəm.
Çinarə Həsənova
Luiza Heyin kitablarını çox bəyənirəm, onun kitabları başqa bir dünyadır sanki. Özünü inkişaf baxımından çox əhəmiyyətlidir. Çox sadə, anlaşıqlı dildə yazılıb, həmçinin tövsiyə etdiklərini tətbiq etməkdə rahatdır.